İdeal formada qalmaq üçün YAPON PƏHRİZİ

Heç nə vaxtsa kök yapon görmüsünüz? Statistikaya görə, dünyanın ən qamətli və arıq qadınları Yaponiyada yaşayır.

Bəs bu xanımların sirri nədir? Onların qidalanma rasionuna nələr daxildir və niyə kökəlmir?

Birincisi, Avropa və Amerika ilə müqayisədə, yaponlar çox nadir hallarda evdən kənarda və tez hazırlanan fəstfudlara üstünlük verir. Bundan əlavə, restoranlardakı menyuların qarşısında hər bir yeməyin kalori dəyəri yazılıb ki, bu da öz bədəninin qayğısına qalan yaponlara icazə vermir ki, həddi aşsın.

İkincisi, yaponlar sadəcə təzə yemək yeyirlər. Siz çox təəccüblənə bilərsiniz, amma onlarda bəzi məhsulların istifadə müddəti sadəcə 1 gündür. Bəli, öz bədənini sevən hər bir ağıllı yapon cavan qalmaq üçün nə etməli olduğunu gözəl bilir.

Üçüncüsü, yaponlar yediyi və bişirdiyi hər məhsulu çox diqqətlə seçir. Yağlı yeməklər onların menyusuna daxil deyil.

Publika.az bu yazıda yaponların bir ünlük qidalanma rasionu ilə tanış edib.

Səhər yeməyi

Yapon qadınları üçün səhər yeməyi yerinə yetirməli olduğu müqəddəs bir ayin kimidir. Səhər yeməyinə əsasən düyü, balıq, natto (zülal ilə zənginləşdirilmiş ənənəvi yapon yeməyi ), bişmiş yumurta və turşu tərəvəzlər daxildir. Soruşa bilərsiniz ki, sirr nədədir? Düyüdə! Ağıllı yapon qadınlar çörəyi yağsız düyü ilə əvəz edir və beləcə kökəlmirlər.

Nahar

Müasir karyerist yapon qadınları naharı ev xaricində edir. Amma sağlam və incə bədən ölçülərini saxlamaq üçün qızlar əvvəlcədən yemək hazırlayırlar. Bizdə "business lunch" deyilən nahar Yaponiyada "bento" adlanır. Ənənəvi Yapon "bento"su düyü, balıq və ya ət, həmişə təzə tərəvəzlərdən ibarətdir. Bir qızın əvvəlcədən yemək hazırlamaq üçün vaxtı yoxdursa, o, həmişə, Böyük biznes mərkəzlərin yaxınlığında yerləşən ixtisaslaşmış mağazalardan "bento" ala bilər.

Şam yeməyi

Şam yeməkləri fərqlidir: Avropa, Çin və ya Yapon mətbəxi. Yapon naharına bir qayda olaraq düyü, miso şorbası, tərəvəz, balıq və ya ət mütləq daxil edilməlidir. Yaponiyada şam yeməyi adətən soyuq tofu pendiri ilə tamamlanır. Tofu hazırlanması asan, tərkibi isə zülal ilə zəngin olan çox doyumlu bir məhsuldur.

İçkilər

Sizcə, yaponların ən sevimli içkisi hansıdır? Xeyr, bu, sake deyil! Yaşıl çay - antioksidanlar mənbəyi və incə bədən quruluşunun sadiq dostudur.

Digər müalicəvi xüsusiyyətlərinə əlavə olaraq, yaşıl çay güclü sidikqovucudur, o, bədəndən artıq mayenin atılmasına və kilo verməsinə kömək edir. Bu səbəbdən də Yapon qadınları gündə bir neçə dəfə yaşıl çay içir. "Bəs onlar çayı nə ilə içir?" deyə düşünə bilərsiniz. Narahat olmayın, Yapon qadınlar da şirniyyatları sevir! Ancaq bizdən fərqli olaraq, həmişə bir qaydaya tabe olurlar: gecə heç bir şirniyyat olmaz!

Saglamolun.Az




Загрузка...
loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar