Bayram günlərində yığdığımız kiloları necə ataq? 3-günlük pəhriz

Bayram günlərində bir çoxlarımız adi günlərdən daha çox yeyirik və daha az hərəkət edirik.

Nəticədə bayramlar qurtaranda sevimli şalvar və ya ətəyimiz əynimizə xeyli dar olur.

Bayram günlərində yığdığımız artıq kilolardan azad olmaq üçün sizə çox sadə 3-günlük pəhriz təqdim edirik. Saglamolun.az rusiya KİV-lərinə istinadla bildirir ki, bu pəhriz həmçinin orqanizmi yığılmış toksinlər, şlaklar və artıq mayedən azad edir.

Pəhrizin əsas qaydaları:

- Səhər yeməyindən yarım saat əvvəl 1 x.q təbii alma sirkəsi əlavə olunmuş 1 stəkan ilıq su için. Bu mübadilə proseslərini stimullaşdırır.

- Səhər yeməyi: yulaf yarması sıyığı (yağsız və şəkərsiz), 1 alma, 1 fincan yaşıl çay.

- Nahar: 1 tikə bişmiş ət və ya toyuq, göyərti ilə tərəvəz salatı, 1 stəkan itburnu dəmləməsi.   

- Şam yeməyi: sobada və ya buxarda bişirlmiş tərəvəzlər (yağsız), kəsmik (şəkərsiz), 1 stəkan itburnu dəmləməsi.

Şam yeməyindən 1 saat sonra 1 fincan zəncəfilli çay için.

Gün ərzində 2 l maye qəbul edin. Bu adi su, itburnu dəmləməsi, yaşıl çay, çobanyastığı çayı ola bilər.  

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика