Həddindən çox tərləmənin 7 gizli səbəbi

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.

Bundan əlavə tərləmə termorequlyasiya prosesində (bədən hərarətinin lazım olan səviyyədə saxlanılması prosesi) iştirak edir. Ağır fiziki iş zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər tez buxarlanır və bunun nəticəsində dəri soyuyur.

İnsan stress, həyacanlanma zamanı də daha güclü tərləyir. Bu da orqanizmin stressə qarşı olan təbii reaksiyasıdır.

Beləliklə, tərləmə təbii və insan orqanizminin normal fəaliyyəti üçün çox vacib olan bir prosesdir.

Lakin bəzi hallarda tərləmə hər hansı xəstəliyin simptomu kimi meydana çıxa bilər. Bu səbəbdən əgər insan birdən-birə güclü tərləməyə başlayıbsa, buna fikir vermək lazımdır.

Saglamolun.az həddindən çox tərləməyə səbəb olan xəstəliklərin siyahısını təqdim edir:

- Ağciyər xəstəlikləri (pnevmoniya, vərəm, ağciyər xərçəngi). İnsan xüsusilə gecə saatlarında həddindən çox tərləyirsə, bu halda hər hansı ağciyər xəstəliyindən şübhələnmək olar.

- Şiş xəstəlikləri (xərçəng). Hərarətin səbəbsiz qalxması, güclü tərləmə, zəiflik xərçəng xəstəliyinə işarə edə bilər.

- Tireotoksikoz (qalxanvari vəzi xəstəliyi). Bu xəstəlik zamanı vəz orqanizmə lazım olandan artıq miqdarlarda hormonları ifraz edir. Qalxanvari vəzi orqanizmdə o cümlədən termorequlyasiya proseslərinə də ciddi təsir edir və bu səbəbdən qalxanvari vəzinin fəaliyyətinin güclənməsi tərləmənin artmasına səbəb olur. Tireotoksikozdan əziyyət çəkən insanların dərisi hər zaman isti və nəm olur. Digər simptomlar - əsəbilik, əhvalın tez-tez dəyişilməsi, arıqlama, nəbzin tezləşməsi, ishal və s.

- Nevroz və digər sinir sistemi pozulmaları zamanı da həddindən çox tərləmə ola bilər.

- Qadınlarda hormonal fonun geyri-sabit olması (hormonal pozulmalar, klimaks) güclü tərləmə tutmalarına səbəb olur.

- Şəkərli diabet xəstəliyi olan insanlarda qanda şəkərin kəskin düşməsi halsızlıq, güclü tərləmə, ürəkbulanması, nəbzin tezləşməsi kimi simptomlarla müşayiət olunur.

- Ürək xəstəlikləri də həddən çox tərləməyə səbəb ola bilər. Bu zaman tər soyuq olur, əvvəl üz, sonra bütün bədən tərləyir.


loading...

 

 

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика