Загрузка...

Gün ərzində nə qədər duz qəbul etmək olar?

Çoxlu duz qəbul etmək yüksək təzyiqdən əziyyət çəkən insanlara ziyandır. Həmçinin bu sağlam insanlarda da təzyiqin artmasına səbəb ola bilər.

Novator.az bildirir ki, Böyük Britaniyanın London İmperiya Kolleci və ABŞ-ın Şimal-Qərb Universiteti alimlərinin apardığı araşdırma bunu təsdiqləyib.

Mütəxəssislər bir neçə il ərzində 4 mindən çox insanın qida rasionunu araşdırıblar. Həmin adamlar 40-59 yaş arasında olub. Qida rasionunda qan təzyiqini aşağı salan məhsulların (C vitamini ilə ilə zəngin meyvə-tərəvəz, lif və omeqa-3-doymamış yağ turşuları da daxil olmaqla) miqdarı da tədqiqata cəlb edilib.

İştirakçıların səhhəti, sidik nümunələrində kalium və natrium ionlarının konsentrasiyası, həmçinin insanların çəkisi və arterial təzyiqi də analizdən keçirilib.

Tədqiqat hipertoniya (qan təzyiqi) xəstəliyi ilə çoxlu duz qəbul etmək arasında əlaqəni üzə çıxarıb. Alimlər bildirirlər ki, hər qəbul edilən əlavə 7 qram natrium-xlorid, yəni duz arterial təzyiqi civə sütununda 3,7 millimetr yuxarı qaldırır. Tədqiqat iştirakçıları hətta tərkibində kalium və ürək-damar sistemi üçün faydalı olan digər qidalar qəbul edəndə də onların təzyiqi normaya düşməyib.

Ona görə də mütəxəssislər gün ərzində 5 qramdan artıq düz qəbul etməyi məsləhət görmürlər.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика