Загрузка...

Müxtəlif qidalarda KALORİ MİQDARI. Arıqlamaq istəyənlər üçün CƏDVƏL

Arıqlamağın ən asan yolu gün ərzində qəbul etdiyimiz kalori miqdarını azaltmaqdır.

Belə hesab olunur ki, arıqlamaq üçün qadın gün ərzində  1200, kişi isə 1800 kkaloridən çox qəbul etməməlidir. Daha az kalori qəbul etmək tövsiyə edilmir ki, bu halda müxtəlif pozulmalar (zəiflik, halsızlıq, yorğunluq və s.) inkişaf edə bilər.

Diyetoloq və ya həkimin nəzarəti altında arıqlayan insanlar daha az kalori qəbul edə bilər. Lakin bu halda həkim onların vəziyyətinə daim nəzarət edir və lazım olduqda müdaxilə edə bilər.

Müstəqil şəkildə arıqlamaq qərarına gəlmisinizsə, yuxarıda qeyd etdiyimiz kalori miqdarını aşağı salmayın.  

İşinizi asanlaşdırmaq üçün Saglamolun.az sizə müxtəlif qidaların kalori miqdarını təqdim edir.

Bu məlumatın köməyi ilə hər bir insan özünə uyğun olan pəhriz tərtib edə bilər:

- Qayqanaq (2 yumurtadan) - 190 kkal

- 1 bişmiş yumurta - 70 kkal

- yulaf yarması sıyığı (100 qr, yağsız, şəkərsiz) - 68 kkal

- alma - 35-45 kkal (yaşıl almada daha azdır)

- portağal (100 qr) - 47 kkal

- kivi (100 qr) - 47 kkal

- banan (100 qr) - 89 kkal

- tərəvəz şorbası (400 qr) - 160 kkal

- borş ətlə (400 qr) - 250 kkal

- düyü (1 porsiya) - 140 kkal

- qarabaşaq (1 porsiya, yağsız) - 155 kkal

- makaron (1 porsiya, yağsız) - 155 kkal

- bişmiş toyuq filesi (100 qr) - 135 kkal

- qızardılmış toyuq filesi (100 qr) - 200 kkal

- ət kotleti - 140 kkal

- balıq kotleti - 100 kkal

- 2 sosiska - 275 kkal

- qızardılmış toyuq budu - 350 kkal

- bişmiş kartof (1 ədəd) - 65 kkal

- qızardılmış kartof (100 qr) - 190 kkal

- tərəvəz salatı (yağsız, 100 qr) - 45 kkal

- çay (şəkərsiz) - 2 kkal

- su - 0 kkal

- qatıq (1 stəkan) - 115 kkal

- 1 tikə ağ çörək - 165 kkal

- konfet (şokolad, 1 ədəd) - 60 kkal

- peçenye şəkərli (1 ədəd) - 55 kkal 


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика