Загрузка...

Mətbəxi təmizləməyin mənası varmı?

"The Telegraph" yazır ki, antibakteriya silgiləri mətbəxi yalnız 20 dəqiqəyədək təmiz saxlayır və onlardan istifadə tamamilə əbəs vaxt itkisidir.

Newcastle upon Tyne şəhərindəki Northumbria Universitetindən biotəbabət alimi, professor Clare Lanyon bu qənaətdədir ki, adamlar birdəfəlik antibakteriya silgilərinə və mikroblara qarşı püskürücülərə lüzumsuz olaraq pul xərcləyirlər.

Onsuz da mətbəxdəki mebel və əşyaların silinməsindən 20 dəqiqə sonra bakteriyalar təkrar artmağa başlayırlar.

Alim bildirir ki, mətbəxi təmizləmək üçün adi sabunlu su daha səmərəlidir, çünki onun tərkibindəki kimyəvi maddələr bakteriya hüceyrələrinin qılaflarını dağıdır.

Milli.az xəbər verir ki, doktor Lanyon bu məlumatı "The Telegraph" qəzetinə BBC-də təşkil olunmuş bir elmi eksperimentdən sonra verib.

BBC proqramı Trust Me I'm A Doctor (İnan mənə, mən həkiməm) adlanırdı.

Bu proqramda aparılmış təcrübə göstərib ki, mətbəx səthindəki mikroblar antibakteriya silgiləri ilə təmizləndirkdən 12 saat sonra yeni mikrob koloniyaları tərəfindən tamamilə zəbt edilir.

Bununla belə həkim bildirib ki, mətbəxdə çiy ət doğranıb bişirildikdən sonra təmizlik işi mütləq aparılmalıdır.

Bunun ən yaxşı vasitəsi isə mətbəxdəkli mebellərin səthinin sabunlu su ilə silinməsidir.

Bununla belə, heç bir mətbəxi mikrobsuz saxlamaq mümkün deyildir, çünki bütün ev istər-istəməz onlarla doludur.

"Bəzi bakteriyalar hər 20 dəqiqədən bir bölünürlər və buna görə də bircə hüceyrədən milyonlarla mikrobun yaranması üçün çox da uzun vaxt lazım gəlmir. Mətbəxin yenidən bakteriyalar tərəfindən tam zəbt edilməsi üçün bəzən 6 saat yarım vaxt kifayət edir", - deyib Lanyon.

Alim bunu da bildirib ki, vasvasılıq edib evi başdan-ayağa bakteriayalardan təmizləməyin xeyri yoxdur, çünki bu, mümkün də deyil.

Əvəzində professor Lanyon bizə immun sistemimizi möhkəm saxlamağı məsləhət görür ki, bakteriya və viruslara sinə gərə bilək.

Mətbəxi yeməkdən əvvəl, yoxsa sonra təmizləməli?

Sonunda doktor məsləhət verir: "Təmizləmə işlərini yalnız yüksək risk saatlarında, məsələn yeməkdən sonra aparmaq lazımdır.

Amma bütün bazar gününüzü mətbəxi silgiləməyə və yumağa həsr etməyin. Bu tamamailə mənasız işdir.

Çünki biz təmizlədiyimiz yerləri elə həmin andaca yeni mikrob və köbələklərlə doldururuq".

"Şəxsən mən antibakteriya vasitələri almağa vaxt sərf etmirəm. Təcrübə göstərir ki, müasir təmizləyici vasitələrdənsə, dədə-baba üsulu ilə sabundan istifadə etmək sərfəlidir".


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика