Загрузка...

Diş həkiminə gedənləri gözləyən dəhşətli TƏHLÜKƏ

Bəzi xəstəliklər var ki, biz onları önəmsəmirik. Tezliklə keçib keçən, hamıda olan xəstəlik kimi baxırıq.

Ancaq fərqinə varmırıq ki, bunun sonu çox ciddi fəsadları baş verə bilər.

Diş çəkdirməyi çox insan adi bir hal kimi qarşılayır. Hepatit xəstəliyinə yoluxma yolları müxtəlif olsa da, bu dəhşətli mərəzə tutulmağın diş çəkdirərkən də baş verə biləcəyi çoxlarının ağlına gəlmir. Demək olar ki, insanların çox hissəsi bundan xəbərsizdir. Ancaq məlumdur ki, hepatit xəstələrinin bir qismi elə stomotoloji müayinə və müalicədən sonra bu xəstəliyə yoluxur.

Həkim terapevt Tural Qənbərli Modern.az-a bildirib ki, hepatit virusuna yoluxanların müəyyən hissəsi stomotoloji müayinədən keçənlərdir: “ Bəzi problemlər var ki, onları çox önəmsəmirik. Ancaq onların çox ağır fəsadları olur. Bunlardan biri də diş çəkdirərkən və ya hansısa ağız boşluğunda aparılan qanlı proseduranın ağır nəticələridir. Elə bir yetkin insan yoxdur ki, yolu diş həkiminə düşməsin. Rezidentura  dövründə rotasiyada olduğum infeksion şöbələrdə hepatitli xəstələrin böyük çoxluğu məhz stomotoloji müayinədən sonra hepatit virusuna yoluxduqlarını qeyd edirdilər”.

Tural Qənbərli deyib ki, insanlar stomoloji müalicələrdən sonra təkrarən müayinədən keçməlidirlər:

“Kardioloji rotasiyamda məhz ağız boşluğunda aparılan qanlı proseduradan sonra ürək qapaqlarının zədələnməsi və ya anadangəlmə ürək qüsuru olan insanlarda həmin qüsurun ağırlaşmalarına rast gəlmişəm, səbəb isə diş kariyesini törədən streptokok adlı bakteriyanın deffekt nahiyəsindən qana keçərək ürək  qapaqlarında  və ya qüsur yerində ilişib qalaraq həmin yerdə iltihabi dəyişiklər törətməsidir”.

Tural Qənbərlinin sözlərinə görə, müayinədən əvvəl antibiotiklərdən istifadə etmək məqsədəuyğundur:

“Stomotoloj müayinə planlaşdıran pasiyentlərə tövsiyə edərdim ki,öncə hepatitə görə peyvənd olunsunlar və kardioloq həkimlərinin məsləhəti ilə müayinədən əvvəl  antibiotiklərdən istifadə etsinlər. Stomotoloji müayinədən sonra exokardioqramma və hepatit viruslarına görə təkrar müayinədən keçsinlər”.

Stomotoloq Niyaməddin Daşdıyev Modern.az-a bildirib ki, stomotoloqa müraciətdən əvvəl müayinə olunmaq yaxşı olar:

“Stomotolji müayinədən qabaq hepatit əleyhinə peyvənd olunmaq məsləhətdir. Bundan başqa stomotoloji müayinədən 6 ay sonra da müayinə olunub yoxlamaq lazımdır. Stomotoloji müayinə olunarkən diqqətli olmaq lazımdır ki, alətlərin sterilaziyası necə aparılır. Bunu həkimdən soruşmaq vacibdir. Özünüzə aid olan alətlər dəsti də ola bilər”.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика