Bu gün 2020-ci ilin ilk Günəş tutulması baş verib. Tutulma saat 07:46-da başlayıb və saat 13:34-də sona çatacaq.
Tutulmanın maksimumu 10:41-də olacaq. Təbiət hadisəsi beş saat 48 dəqiqə davam edəcək.
Saglamolun.az bildirir ki, müxtəlif ölkələrdə aparılmış elmi araşdırmalar Günəş tutulmasının insan sağlamlığına olan güclü təsirini göstərib. Belə ki, rus alimlərinin araşdırmasında iştirak edən ürək-damar sistemi xəstəlikləri olan insanların 70%-də Günəş tutulması başlayandan 1 saat sonra arterial təzyiq artıb, damarlar daralıb, beyinin qanla təchiz olunması pozulub.
Statistika göstərir ki, Günəş tutulması günü, ondan 1-2 gün əvvəl və sonra ürək tutması, infarkt və insult kimi pozulmaların sayı artır.
Tək ürək-damar sistemi xəstələri deyil, sinir sistemi xəstələrində də Günəş tutulması zamanı xəstəliyin simptomları əksər hallarda kəskinləşir.
Bu səbəbdən ürək-damar və sinir sistemi xəstəlikləri olan insanlar bu günlərdə xüsusilə diqqətli olmalı, daha çox dincəlməli və yatmalı, yorulmamalı, yüngül yeməklər yeməli və kifayət qədər su içməlidir.
Həmçinin mütəxəssislər kontrast duş və yemişan cövhərini qəbul etməyi tövsiyə edirlər. Yemişan cövhəri ürək-damar sisteminə çox müsbət təsir edir, ürəyin fəaliyyətini tənzimləyir. Həkimlə məsləhətləşdikdən sonra cövhərin 20-30 damçısını gündə 2-3 dəfə olmaqla qəbul etmək olar.
Saglamolun.Az