Dərinin əllə təmizlənməsi - VİDEO

Bütün digər təmizlənmə üsullarından fərqli olaraq dərinin əllə təmizlənməsi dərinin bütün məsamələrini əsaslı şəkildə təmizləməyə imkan verir.

Məhz bu səbəbdən kosmetoloqların əksər hissəsi bu təmizlənmə üsulunu ən effektli hesab edir. Dəridə olan bütün kamedonları (qara civzələr) yalnız əllə təmizləmək mümkündür. Yağlı, çox çirklənmiş dəri üçün bu yeganə effektli üsuldur.

Təbii ki, əllə təmizlənmə üz dərisi üçün daha travmatikdir. Lakin nəticə də buna dəyər.

Kosmetoloq dərini antiseptik məhlulla təmizləyir, buxara verir və sonra xüsusi lupanın köməyi ilə kiçik kosmetiq qaşıqla üz dərisinin bütün məsamələrini kamedonlardan təmizləyir. Daha sonra üzə xüsusi maska çəkilir.

Saglamolun.Az