Varikosele - kişi sonsuzluğunun ən çox yayılmış səbəblərindən biridir!

Varikosele – toxum ciyəsi venalarının genişlənməsi olub, kişi cinsiyyət sistemi üzvlərinin ən çox yayılmış xəstəliklərindən biridir.

Kişi orqanizminin anatomik xüsusiyyətlərinə görə varikosele xəstəliyi 90% hallarda sol tərəfdə inkişaf edir.

Varikosele əsasən ona görə təhlükəli hesab edilir ki, bu patoloji hal zamanı xayalarda (yumurtalar) qan dövranı pozğunluğu baş verdiyi üçün, xayalıqda temperaturun bir qədər yüksəlməsi və qan durğunluğu baş verir. Bu isə son nəticədə spermatoğenezin (spermatozoidlərin yetişməsi prosesi) pozulmasına və sonsuzluğun (dölyaratma qabiliyyətinin olmaması) inkişaf etməsinə səbəb olur. Varikosele – kişi sonsuzluğunun ən çox yayılmış səbəblərindən biridir!

Varikoselenin inkişaf etməsinin əsas səbəbləri:

- irsi meylliyin olması;

- ağır atletika, kulturizm və digər idman növləri ilə məşğul olarkən ağır fiziki gərginliklərə məruz qalmaq;

- bədənin uzun müddət isti olması;

- xayanın (yumurta) şişi və s. bu kimi faktorlar.

Əksər hallarda, kişi sonsuzluğu formalaşana qədər varikosele özünü heç bir əlamətlə büruzə vermir. Bu zaman kişilər öz bədənlərində hər hansı bir patoloji halın olmasından heç şübhələnmirlər də. Digər hallarda xəstənin özü təsadüfən xayalıqda “qurdlar toplusu kələfinə” bənzər genişlənmiş venoz damarları əlləyir.

Bəzi hallarda isə varikosele həkim uroloq-androloq tərəfindən müayinə zamanı aşkar edilir və xaya damarlarının doplerli USM ilə təsdiq edilir. Bu zaman həkimin qarşısında olan əsas məqsəd xəstəliyin inkişaf etmə səbəbini müəyyən etməkdir. Çünki bəzi hallarda varikosele xayanın şişi nəticəsində inkişaf etmiş olur.

Varikoselenin müalicəsi – yalnız cərrahi yolladır. Hal-hazırda bu əməliyyatı daha qoruyucu üsullarla (laparoskop və mikrocərrahi) aparırlar. Belə əməliyyatlardan sonra əməliyyat sahəsində praktiki olaraq heç bir çapıq izi qalmır.

Hər hansı bir kişidə varikosele xəstəliyi aşkar olunmuşsa, heç də vahiməyə düşüb hay-küy salmaq lazım deyil. Hal-hazırda əksər həkimlər belə hesab edirlər ki, varikosele xəstəliyini yalnız o, sonsuzluğun əsas səbəbi olduqda, xayanın ölçüsi kiçilməyə başladıqda və ya spermoqrammada pozğunluqlar baş verdiyi hallarda müalicə etmək lazımdır. Əks halda, varikoselenin heç bir müalicəsi aparılmır. Bu halda belə xəstələr ildə 1 dəfə olmaqla, həkim uroloq-androloqun baxışından, spermoqrammanın müayinəsi və USM-dən keçməlidirlər.


Saglamolun.Az

..........

Загрузка...
.

Şərhlər  

#36 Administrator 13.11.2014 15:39
Bu linkə keçib sualınızı androloqa verin: http://saglamolun.az/index.php/andrologiya.html
#37 Elcin 17.06.2015 16:19
emeliyyatdan ne qeder vaxt sonra Spermoqramma verilmelidir?
#38 Administrator 18.06.2015 05:16
Цитирую Elcin:
emeliyyatdan ne qeder vaxt sonra Spermoqramma verilmelidir?


Bu linkə keçib androloqa sual verin: http://saglamolun.az/index.php/andrologiya/3685-rauf-rzayev.html


Загрузка...

Яндекс.Метрика