Загрузка...

Prostatit vaxtında müalicə olunmalıdır - FOTO

Prostat vəzi – kişi cinsiyyət sistemi orqanlarından biridir. Sidik kisəsinin alt hissəsində yerləşən prostat vəzi sidik axarının yuxarı hissəsini əhatə edir.

Məhz buna görə də prostat vəzinin ölçüləri artmış olduqda, sidik ifrazı prosesində müxtəlif pozğunluqlar əmələ gəlir. Prostat vəzinin ölçüləri, forması, sıxlığı hər bir nəfər üçün fərdi olur və kişinin yaşından asılı olaraq dəyişilir.

Prostat vəzinin əsas vəzifəsi xüsusi tərkibli sekret (şirə) ifraz etməkdir. Bu şirə spermanı nisbətən durulaşdıraraq spermatozoidlərin həyat qabiliyyətini və hərəkətliliyini təmin edir. Bu şirənin tərkibində zülallar, karbohidratlar, yağlar, elektrolitlər və hormonlar olur. Bundan başqa, prostat vəzi əsas kişi hormonu olan testosteronun hazırlanmasında da iştirak edir, həmçinin normal ereksiya mexanizminin fəaliyyətini təmin edir.

Prostatit - prostat vəzinin iltihabi və ödemli xəstəliyidir. Bu, 20-50 yaşlarında olan kişilər arasında ən çox rast gəlinən uroloji xəstəlikdir.

Prostatitin əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:

1) cinsi yolla keçən infeksiyalar — xlamidiya, ureaplazma, mikoplazma, herpes virusu, sitomeqalovirus, trixomonadalar, qonokoklar, Kandida qrupundan olan göbələklər, bağırsaq çöpləri;

2) kiçik çanaq orqanlarında olan qan dövranı pozğunluqları (prostat vəzidə olan durğunluqlar son nəticədə onun iltihablaşmasına səbəb olur). Bu pozğunluqlar əsasən oturaq iş və həyat tərzi nəticəsində (sürücülər, idarə işçiləri, hökumət qulluqçularında), uzun müddət ərzində cinsi əlaqədə olmadıqda və s. bu kimi hallarda baş verir;

3) bədənin tez-tez soyuqlaması (ekstrimal istirahət həvəskarlarında – serfinq, xizəksürmə və s. idmanları);

4) fiziki və sinir gərginlikləri.

Prostatit xəstəliyi özünü sidik kanalının daralması səbəbindən meydana çıxan sidik ifrazının bir sıra müxtəlif pozğunluqları ilə büruzə verir:

- sidik ifrazına başlamağın çətinləşməsi;

- qırıq-qırıq sidik ifrazı;

- sidik axınının zəif olması;

- damcı-damcı sidik ifrazı;

- sidik kisəsinin tam boşalmaması hissiyyatı;

- tezləşmiş sidik ifrazının olması (xüsusən də gecə saatlarında).

Sadalanan bu əlamətlərdən savayı, kişilərdə qarının aşağı hissəsində, qasıq nahiyələrində, beldə, budların içəri tərəfində olan ağrı hissiyyatları, həmçinin müxtəlif seksual pozğunluqlar da baş verə bilər.

Yadda saxlayin ki, sidik ifrazı aktının pozulması və ağrıların olması ancaq prostatit xəstəliyində deyil, prostat vəzinin adenomasında (aşağıya bax) və xərçəngində də təsadüf edilir! Məhz buna görə, özünüzdə bu əlamətləri hiss etmiş olsanız, təcili olaraq həkim-uroloqa və ya androloqa müraciət edin! Bilmək lazımdır ki, hər bir kişi il ərzində 2 dəfə olmaqla uroloq-androloqa müraciət etməklə profilaktik müayinələrdən keçməlidir!

Vaxtında və düzgün müalicə olunmadığı hallarda kəskin prostatit xəstəliyi xroniki formaya keçə bilər. Bu isə kişilər üçün daha təhlükəli hesab edilir. Bir çox hallarda, prostatit heç bir əlamət olmadan gizli şəkildə keçərək, tədricən xroniki xarakter alır. Xroniki prostatit kəskinləşdiyi halda xəstənin bədən temperaturu 38-390C yüksəlir, aralıq nahiyəsində kəskin ağrılar yaranır, hətta bəzi hallarda prostat vəzinin absesi (vəzi toxumasının irinli əriməsi) də inkişaf etmiş olur.

Prostatit bir çox hallarda kişi sonsuzluğuna da səbəb ola bilər. Çünki iltihabi prosesə məruz qalan prostat vəzi spermatozoidlərin hərəkətliliyini təmin etmək üçün kifayət qədər keyfiyyətli sekret (şirə) ifraz edə bilmir.

İstənilən digər xəstəliklər kimi, yaranmasının ilkin dövrlərində aşkar edilmiş olan prostatit gecikmiş formalara nisbətən çox asanlıqla müalicə olunur. Bundan başqa, xəstəliyin müasir müalicə üsulları da prostatitin müxtəlif qorxulu fəsadlarının inkişaf etməsinin qarşısını almağa imkan verir.

Bəs prostatit xəstəliyinin müalicəsi necə aparılır? Əlbəttə ki, bu, ilk növbədə xəstəliyin əmələ gəlməsi səbəbindən asılıdır. Bundan asılı olaraq, antibakterial, antivirus preparatları, damarların tonusunu yaxşılaşdıran dərman preparatları, fizioterapevtik müalicə üsulları (ultrasəs, refleksoterapiya, zəli ilə müalicə), həmçinin ümumi möhkəmləndirici dərmanlar (vitaminlər, immunomodulyatorlar), prostat vəzinin masajı və s. vasitələrdən istifadə edilir. Xəstəliyin müalicə taktikası hər bir halda həkim uroloq-androloq tərəfindən müəyyən edilir.

Prostatit xəstəliyinin profilaktikası üçün sidik-cinsiyyət sisteminin hər bir yoluxucu və iltihabi xəstəliklərini vaxtında müalicə etmək, mütəmadi olaraq həkim androloqa müraciət etməklə profilaktik müayinələrdən keçmək, düzgün qidalanmaq (kəskin və yağlı qidaların qəbulunu məhdudlaşdırmaq), spirtli içkilərdən və siqaretdən imtina etmək, normal sabit bədən çəkisini saxlamaq, bədəni soyuqdan qorumaq, mümkün olan qədər hərəkətli olmaq və digər bu kimi qoruyucu üsullardan istifadə etmək lazımdır. Bundan başqa, uzunmüddətli fasilələr vermədən mütəmadi olaraq cinsi həyat keçirilməsi də məsləhət görülür. Bu, spermanın daimi dövr etməsi və prostat vəzinin qanla aktiv şəkildə təmin edilməsi üçün vacib hesab edilir.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#22 mafize.askerova 04.04.2014 15:55
leykosit 30-35.epitel hüceyre 15-20.selik çox miqdarda.diploc occus çox miqdarda analizin cavabı ne demekdir?onkolo ji problem ola bilermi?
#23 Administrator 05.04.2014 17:10
Burada iltihab və infeksiya var.
Uroloqa müraciət edin.
#24 bakinec 25.05.2014 23:03
salam.cinsiyet orqanimin ustunde daha deqiq desem tuk biten hissesinde kicik bir shish var acigi bilmirem damardi shishib yoxsa adi shishdir.bunun ne derecede problemli olub olmadigi barede zehmet olmasa melumat vererdiz.ve bu meseleyle elaqedar hansi hekime muraciet edim.onceden vereceyiniz meslehet ve melumata gore derin teshekkurler
#25 Administrator 26.05.2014 10:52
Uroloqa və ya androloqa müraciət edin.
#26 Elnur 29.10.2014 18:36
Salam Doktor. Texmini 1 ile yaxindirki xroniki prostat xesteliyi var mende. 2 defe mualice olunsamda yene bu xestelik ozunu buruze verir !Hal hazirda yene mualice aliram olke xaricinde. Men bilmek isterdim bu xesteliyi texmini ne qeder muddet mualice etmesen sonu sonsuzluga getirib cixara biler !? zehmet olmasa sualima texminide olsa cavablayib melumatlandirin ..Onceden oxuyub cavabladiginiza gore tesekkur edirem....
#27 Administrator 30.10.2014 05:11
Bu linkə keçib androloqa sual verin: http://saglamolun.az/index.php/andrologiya.html
#28 Ferid 24.01.2016 12:32
Salam doktor. Menim cinsi zeyiflik yani tez bowalma prablemim var, bunun mualicesi nedi, xaiw edirem komek ederdiz mene, tewekkurler...

Загрузка...
Яндекс.Метрика