İmmun sisteminizi yeniləmək istəyirsinizsə...

İmmun sistemi bizi tək virus və mikroblardan deyil, xərçəngdən və bir çox digər ağır xəstəliklərdən qoruyur.

Bu səbəbdən immun sistemini daim "döyüşə hazır" vəziyyətdə saxlamaq olduqca vacibdir. Bunun üçün nə etmək lazımdır?

Alimlər sübut edir ki, heç bir dərman, vitamin və s. bu kimi vasitələrin köməyi ilə immuniteti möhkəmləndirmək mümkün deyil. Sağlam qidalanma və həyat tərzi güclü immun sisteminin əsas mənbələridir.

Cənubi Kaliforniya (ABŞ) Universitetinin alimləri son elmi araşdırma zamanı aşkar ediblər ki, qızamüddətli aclıq immun sisteminin yenilənməsinə kömək edir.

Saglamolun.az riaami.ru-ya istinadla xəbər verir ki, alimlər xüsusi eksperiment aparıblar. Eksperiment iştirakçıları yarım il ərzində müəyyən fasilələrlə 2-4 gün ac qalırdı.

Analizlər göstərib ki, aclıq zamanı orqanizm özü-özünü bərpa etməyə başlayır, zədələnmiş hüceyrələrdən (o cümlədən xərçəng hüceyrələrindən) azad olunur. Həmçinin bu zaman çoxlu sayda leykositlər (immun hüceyrələri) dağılır. Bu isə immun sistemində yenilənmə proseslərini sürətləndirir.     

Bundan əlavə qısamüddətli aclıq zamanı orqanizm ehtiyatda olan qlükoza, ketonlar, piyləri istifadə etməyə başlayır.

Analizlər göstərib ki, eksperiment iştirakçılarının bədənində proteinkinaza A elementinin azalması müşahidə olunur. Bu elementin orqanizmdə artması xərçəngin riskini artırır.

Bundan əlavə qısamüddətli aclıq artıq çəkidən azad edir, qanda piylərin səviyyəsini azaldır və orqanizmdə qocalma proselərini ləngidir.    

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

 

 

 
loading...

 


Яндекс.Метрика