Загрузка...

Mədəaltı vəzinin sağlam qalması üçün 5 MƏSLƏHƏT

Orqanizmin normal fəaliyyəti üçün ona zülallar, karbohidratlar, yağlar və bir çox digər maddələr lazımdır.

Bu maddələr insan orqanizminə mürəkkəb formalarda daxil edilir. Orqanizm isə onları daha sadə maddələrə parçalayır ki, bu maddələr bizi həyat üçün lazım olan enerji ilə təmin edir və orqanizmin hüceyrələri üçün "tikinti materiallar" funksiyasını yerinə yetirir. Bütün bu proses həzm, endokrin, sinir və qan sistemlərinin  birgə fəaliyyəti nəticəsində baş verir.

Mədəaltı vəzi həzm proseslərində əsas rollardan birini oynayır. Məhz mədəaltı vəzi zülallar, yağlar və karbohidratların parçalanması üçün lazım olan maddələri - fermentləri sintez edir. Bu fermentlər 12 barmaq bağırsağa düşür. Digər tərəfdən mədəaltı vəzi qanda şəkərin səviyyəsini tənzimləyir. Bu mədəaltı vəzi ifraz edən 2 hormonun köməyi ilə (insulin və qlükaqon) baş verir. Beləliklə, mədəaltı vəzi orqanizmdə çox vacib funksiyaları yerinə yetirir və bu orqanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.

Mədəaltı vəzi sağlam saxlamaq üçün bu sadə qaydalara əməl etmək lazımdır:

1. Bİr çox hazır qidaların tərkibində olan rəngvericilər, konservantlar, emulqatorlar və s. kimyəvi əlavələr mədəaltı vəzi üçün zəhərlidir. Bu maddələr qidanın kimyəvi tərkibini dəyişir və fermentlərin hazırlanması prosesini pozur. Mədəaltı vəzi sağlam saxlamaq istəyən insan tərkibində bu maddələr olan qidaları qəbul etməməlidir.

2. Qidalamalar arasında böyük fasilələrin verilməsi mədəaltı vəzi üçün çox ziyanlıdır. Əgər insan, misal üçün, səhər yeməyi qəbul etmir, günorta az, axşam isə çoxlu miqdarda qida qəbul edirsə, bu mədəaltı vəzinin sağlamlığına olduqca çox mənfi təsir edir. Təəssüf ki, şəhərdə yaşayan insanların bir çox hissəsi məhz belə qidalanır.

Gün ərzində 5 dəfə kiçik miqdarlarda qida qəbul etmək lazımdır. Bu zaman mədəaltı vəzi həddən artıq yüklənməyəcək.

3. Əgər insan bir qida qəbulu zamanı çoxlu sayda müxtəlif və xüsusilə həzm üçün çətin olan qidaları qarışdırarsa, bu həzm sisteminin fəaliyyətində pozulmalara gətirib çıxardacaq. Həkimlər 1 qida qəbulu zamanı heyvani zülalları və karbohidratları qarışdırmaq tövsiyə etmir (məsələn, ət yeməkləri üçün qarnir kimi kartof və makaron deyil, kələm, kök seçmək daha yaxşıdır).

4. Həddən artıq çəki daxili orqanlarının piylənməsinə səbəb olur ki, bu orqanların fəaliyyəti pozulur və nəticədə metabolik sindromun inkişafına və mübadilə proseslərin pozulmasına səbəb olur. Əgər sizdə artıq çəki varsa, arıqlamağa çalışın. Bu sizi bir çox xəstəliklərin inkişafından qoruyacaq.

5. Mədəaltı vəzi çox duzlu, hisə verilmiş, qızardılmış, çox yağlı qidaları, spirtli içkiləri  xoşlamır. Mədəaltı vəzinin sağlamlığını saxlamaq üçün daim sağlam qidalanma prinsiplərinə əməl edin. Qidaları yağda qızartmayın, suda və ya buğda bişirin, müntəzəm meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, bitki yağları qəbul edin, kifayyət qədər təmiz su için.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика