Bağırsaq mikroflorası bizi nədən qoruyur? 5 TƏƏCCÜBLÜ FAKT

Bağırsaq mikroflorası çox mürəkkəbdir. Araşdırmalar göstərir ki, bağırsaq mikroflorasını minlərlə müxtəlif bakteriyalar təşkil edir.

Bağırsaqlarımızda yaşayan mikroskopik bakteriyaların ümumi çəkisi nə az nə çox 3-4 kq-dır.

Bağırsaqlarımızda həm faydalı, həm də ziyanlı bakteriyalar yaşayır. Faydalı bakteriyalar çoxluq təşkil etdikdə onlar ziyanlı mikrobların inkişafına və çoxalmasına mane olur. Lakin bu tarazlıq pozulduqda müxtəlif xəstəlik və pozulmaların riski arır.

Bağırsaqların faydalı mikroflorası insan sağlamlığında və orqanizmin normal fəaliyyətində çox mühüm rol oynayır.

Mikrofloranın əsas vəzifələri:

1. İnfeksiyalardan qoruma

İnsan immun sisteminin 80%-i bağırsaqlarda yerləşir. Faydalı bakteriyalar bağırsaqların ziyanlı mikroflorasını dəf edir, immun mexanizmləri aktivləşdirir.

2. Qidalı maddələrin mənimsənilməsi

Bağırsaqların mikroflorası vitamin, mineral və s. qidalı maddələrin mənimsənilməsi proseslərində fəal iştirak edir.

Bu səbəbdən bağırsaqların mikroflorası müxtəlif səbəblərə görə (xəstəlik, stress, dərmanların qəbulu və s.) pozulduqda orqanizmdə vitamin və mineralların çatışmazlığı yaranır ki, bu da gələcəkdə ciddi pozulma və xəstəliklərin inkişafına səbəb ola bilər.

3. Metabolik proseslər

Maddələr mübadiləsi prosesləri əsasən həzm sistemi tərəfindən tənzimlənir. Bu səbəbdən bağırsaq mikroflorasının pozulması orqanizmdə maddələr mübadiləsinin pozulmasına, bədən çəkisinin artmasına səbəb olur.

4. Əhval və beyinin fəaliyyəti

Araşdırmalar sübut edib ki, bağırsaqların mikroflorası əhvalımıza və hətta beyinin fəaliyyətinə təsir edir.

Alimlər sübut edir ki, mikrofloranın pozulması müasir cəmiyyətin bəlası olan depressiyanın inkişafında rol oynayır.

5. Orqanizmin tonusu və iş qabiliyyəti

Bağırsaqlarda faydalı bakteriyaların sayının azalması xroniki yorğunluğun inkişafına, iş qabiliyyətinin azalmasına səbəb ola bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика