Hamiləlik zamanı parasetamolun qəbulu uşaqlarda bu xəstəliyin riskini artırır

Norvegiya İctimai sağlamlıq institutunun alimləri xəbər verir ki, hamiləlik zamanı parasetamolun qəbulu uşaqda gələcəkdə astmanın inkiaşafı riskini artırır.

Alimlər vurğulayıblar ki, parasetamol hamilə qadınlar arasında ən populyar dərmanlardan biridir və qadınlar bu dərmandan yüksək hərarət  və ağrılar zamanı tez-tez istifadə edir.

MedicalNewsToday xəbər verir, alimlər 1 mln.-dan artıq uşaqların sağlamlığını analiz ediblər. Məlum olub ki, parasetamolun hamiləlik zamanı qəbulu uşaqlarda astmanın riskini xeyli artırır (xüsusilə hamilə qadın bu dərmandan bir neçə dəfə istifadə etdikdə).

Alimlər qadınlara hamiləlik zamanı parasetamolu yalnız çox ciddi səbəblər olduqda və həkimlə məsləhətləşdikdən sonra qəbul etməyi tövsiyə edirlər.

Nəzərinizə çatdıraq ki, parasetamol bir çox hərarətsalan və ağrısızlaşdıran dərmanların tərkibinə daxildir. Bu dərmanların arasında panadol, ferveks, taylenol, efferalqan, antiflu, koldreks, teraflu və s.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...
Vüsal Mahmudov

Vüsal Mahmudov

Travmatologiya

Travmatoloq-ortoped İş stajı - 14 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика