Загрузка...

Hamiləlik zamanı yüksək hərarətin təhlükələri

Hərarətin yüksəlməsi orqanizmin fizioliji müdafiə reaksiyasıdır.

Lakin hamiləlik zamanı, xüsusilə hamiləliyin 1-ci üçaylığında, hərarətin yüksəlməsi dölün inkişafına mənfi təsir edə bilər.

- Hərarətin 380C və daha artıq yüksəlməsi dölə mənfi təsir edir.

- Hərarət 3 gün və bundan artıq artmış olduqda mənfi təsir daha da artır.

- Hamiləliyin 4-cü həftəsindən 14-cü həftəsinə kimi olan dövr ən təhlükəli dövrdür.

Hamiləliyin lap əvvəlində (4-cü-5-ci həftəsinə kimi) qadında hərarətin kəskin artması dölə 2 cür təsir edə bilər:

1. Döl tələf olacaq və erkən uşaqsalma baş verəcək. Bəzən qadınlar bu zaman hamiləlikdən bixəbər olur və uşaqsalma nəticəsində olan qanaxmanı növbəti menstruasiya kimi qəbul edirlər.

2. Hərarətin artması dölə təsir etmir və döl tam normal inkişaf etməyə davam edir.

Hamiləliyin 4-cü həftəsindən 14-cü həftəsinə kimi olan dövr çox məsuliyyətli dövrdür - bu zaman əsas orqan və toxumaların təməli qoyulur. Bu dövr ərzində istənilən mənfi təsir (o cümlədən, yüksək hərarət) döldə inkişaf pozulmalarına səbəb ola bilər. Belə ki, hipertermiya (yüksək hərarət) dölün mərkəzi sinir sistemində, ürək-damar sistemində, ətraflarda, üz skeletində (yuxarı damaqda və ya üst dodaqda yarıq, çənənin qüsurları), göz almalarında inkişaf qüsurlarının əmələ gəlməsinə səbəb ola bilər.

Yüksək hərarət həmçinin qanda trombların əmələ gəlməsinə səbəb olur. Əgər belə tromb döl uşaqlıq divarına implantasiya etdiyi yerdə əmələ gələrsə (bu yerdə sonradan cift inkişaf edir), bu dölün həlak olmasına, hamiləliyin inkişafdan qalmasına, dölsalmaya səbəb ola bilər.

Hamiləliyin 14-cü həftəsindən sonra orqan və toxumaların təməl qoyma prosesi artıq yekunlaşır və anada hərarətin yüksəlməsi dölə daha az təsir edir. Lakin hər halda mənfi təsir ola bilər. Yüksək hərarətin nəticəsində ananın qan dövranı pozulur, döl daha az miqdarda oksigen almağa başlayır və nəticədə döldə bətndaxili hipoksiyanın inkişafının təhlükəsi artır. Bu isə hamiləliyin pozulmasına gətirib çıxarda bilər.

Beləliklə, yüksək hərarət (38 C və bundan artıq) hamiləlik zamanı çox təhlükəlidir.

Bu səbəbdən hamiləlik zamanı yüksək hərarəti mütləq aşağı salmaq lazımdır. Hamiləlik zamanı ən təhlükəsiz hərarətsalan preparat Parasetamol sayılır. Lakin bu preparatı gündə (24 saat ərzində) 4 dəfədən artıq qəbul etmək olmaz, qəbullar arasında 4 saatdan az vaxt keçməməlidir. Əgər parasetamolun qəbulu hamilə qadında yüksək hərarəti salmırsa və ya hərarət daha da artırsa, dərhal "təcili yardım" çağırmaq lazımdır.

Lakin hətta parasetamolun qəbulu hərarətin düşməsinə kömək etdikdə, bununla kifayətlənmək olmaz. Əsas məsələ - hərarətin yüksəlməsinə səbəb olan amil təyin olunmalı və aradan qaldırılmalıdır. Parasetamol yalnız hərarət salır, hərarətin qalxmasına səbəb olan amilə təsir etmir. Bu səbəbdən qadını terapevt müayinə etməli və lazım olan müalicə təyin etməlidir.

Hamilə qadın heç bir halda müstəqil şəkildə antibakterial ("antibiotik") və virus əleyhinə preparatları qəbul etməməlidir. Bu preparatları ona yalnız həkim təyin etməlidir. Məsələ burasındadır ki, bir çox antibakterial və virus əleyhinə preparatlar hamiləlik zamanı əks göstərişdir - onlar döldə qüsurların inkişafına səbəb ola bilər.

Digər tanınmış hərarətsalan preparat "aspirin" hamiləlik zamanı əks göstəriş sayılır. Aspirin, xüsusilə hamiləliyin 1-ci üçaylığında, döldə inkişaf pozulmalarına səbəb ola bilər və dölsalmanın riskini artırır.

9months.ru


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика