Hamilələrdə sidik-ifrazat yollarının infeksiyaları

Hamiləlik zamanı ifraz olunan hormonların sidik-ifrazat yollarının, sidik axarlarının quruluşunu dəyişərək sidiyin böyrəklərə geri qayıtmasına səbəb olur.

Sidikdə olan infeksiyalar sadə sistitlə yanaşı  ciddi böyrək xəstəliklərinə gətirib çıxara bilər.

Belə hallar hamilələrdə tez-tez təsadüf edilir və vaxtında müalicə olunmazsa düşüklərə və vaxtından qabaq doğuşa səbəb ola bilər.

Hamilə qadınlar hamiləlik müddətində düzgün və sağlam qidalanmaları, bol su icməli və ən əsası daim həkim nəzarətində olmalıdırlar.

Böyüyən uşaqlıq sidik kisəsini sıxır ki, sidik tam boşalmır, sidik kisəsində qalan sidik cöküntü verir və bu da infeksiyaların artmasına əlverişli şərait yaradır.

İlk öncə sistit kimi başlayan bu proses düzgün müalicə olunmazsa tədricən daha ağır formada özünü büruzə verməyə başlayır, böyrəklərin iltihabı prosesləri yaranır və vaxtından qabaq doğuşun təhlükəsi artır.

Beləliklə hamilə qadın sidiyin tam boşalmasına nəzarət etməli və pozulmanın ilk əlamətləri üzə çıxdıqda dərhal həkimə müraciət etməlidir.

Hansı kliniki simptomlar müşahidə olunur?

-          Sidiyə gedəndə ağrı, göynəmə hissinin olması

-          Tezləşmiş sidik ifrazı

-          Sidiyin tam boşalmaması

-          Sidiyin spesifik iyli və bulanıq olması

-          Sidikdə qanın olması (hematuriya)

-          Titrəmə

-          Qarnın aşağı nahiyəsində və beldə ağrılar

-          Hərarətin artması

Bu şikayətlərdən bir neçəsinin olması hamilənin dərhal həkimə müraciət etməsi üçün ciddi səbəb   sayılır.

Hamilə qadın ilk növbədə sidiyin ümumi analizini verməlidir. Daha sonra həkim böyrək iltihablaşmasının qarşısını almaq ücün antibiotik, sidik-ifrazat yollarının aseptikasını bərpa etmək ücün müalicə təyin edə bilər.

Müalicə yalnız və yalnız hamiləni nəzarət edən həkim tərəfindən aparılmalıdı. Qadınların özbaşına antibiotik gəbul etməsi qəti qadağandır. Əgər hamilənin vəziyyətində ağırlaşma müşahidə olunarsa həkim xəstənin müalicəsini stasionarda (xəstəxanada) davam etdirə bilər.

Bol su icmək

Hamilələrdə sidik-ifrazat yollarının iltihabi proseslərinin azaldılması və profilaktikası məqsədi ilə bol suyun içilməsi məsləhət görülür. Su sidiyin miqdarını artırır və bədəndə olan mirobları xarıc edir. Hamilə qadınlar meyvə şirələrinin qəbulunu azaltmalı və ya tam imtina etməlidir ki, şirədə olan şəkər infeksiyanın artmasına səbəb olur.

Digər tövsiyələr:

-          Kafeinli ickilərdən uzaq durmaq.

-          Sidiyi saxlamamaq.

-          Duzlu, istiotlu, ədviyyatlı, şirin yeməklərdən uzaq olmaq.

-          Sağlam qidalanma qaydalarına riayət etmək.

.

Nüşabə Əlişova
Mama-ginekoloq

 

 

 

.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar