Загрузка...

Adi soda doğuşda kömək edir - İNANILMAZ FAKT

Liverpul Universiteti (İngiltərə) alimləri sübut edir ki, adi soda məhlulu çətin doğuşlar zamanı qadınlara kömək edir.

Saglamolun.az The Daily Mail-ə istinadla xəbər verir ki, alimlərin sözlərinə görə soda uşaqlığın turşuluğunu neytrallaşdırır ki, bu da doğuşu asanlaşdırır.

Statistikaya görə, ilk dəfə doğan qadınların təxminən 10%-də doğuş zamanı uşaqlıq normal açılmır. Həkimlər doğuş fəaliyyətini fəallaşdırmaq üçün qadınlara oksitosin yeridir. Lakin 50% hallarda bu kömək etmir və həkimlər qeysəriyyə kəsiyi əməliyyatına müraciət etməli olur.

Qeysəriyyə kəsiyi əməliyyatı yüksək riskli əməliyyat sayılmasa da bütün digər əməliyyatlarda olduğu kimi burada da müəyyən risklər mövcuddur (qanaxma, infeksiya, trombların əmələ gəlməsi).

Həkimlər eksperiment zamanı çətin doğuş keçirən qadınların bir hissəsinə soda məhlulu verirdi, 1 saatdan sonra isə oksitosin yeridirdi, digər qadınlara isə yalnız oksitosin yeridirdi. Nəticədə məlum olub ki, soda məhlulu təbii doğuşların sayını 17% artırır.

Alimlər vurğulayır ki, yeni metod tam ziyansız, ucuz və əlçatandır. Həmçinin soda məhlulundan istifadə uşağa heç bir mənfi təsir etmir.  


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика