Doğuş gününü necə təyin etmək olur

İndiki dövrümüzdə doğuş gününü hələ də dəqiq şəkildə müəyyən etmək mümkün deyildir. Doğuşun ehtimal olunan gününü 3 üsulla müəyyən etmək olur.

Birinci üsul. Son menstruasiyanın ilk günündən 3 təqvim ayı çıxılaraq, üzərinə 7 gün əlavə edilir. Məsələn, son menstruasiya avqust (ilin 8-ci ayı) ayının 11-də olmuşdur. Bu zaman 8 rəqəmindən 3 rəqəmini çıxaraq nəticədə 5-ci ayı (may) alırıq. Bundan sonra 11 may tarixinin üzərinə 7 gün əlavə edərək, doğuşun ehtimal olunan günü kimi 18 may tarixini tapmış oluruq.

İkinci üsul. Əgər qadın uşaqlığın daxilində və ya düz bağırsaqda  temperaturu daim ölçürsə, mayalanma gününü də müəyyən edə bilər (mayalanma günündən etibarən temperaturun 370C-dən aşağı enməsi 10-12 gün ərzində müşahidə edilmir). Bundan sonra mayalanma gününün üzərinə 280 təqvim günü əlavə etməklə doğuş günü müəyyən edilir.

Üçüncü üsul. Dölün ilk tərpənməsi gününün üzərinə ilk hamiləlikdə 20 həftə, təkrar hamiləlikdə isə 22 həftə əlavə etməklə doğuş günü müəyyən edilir.

USM doğuşun təxmini vaxtını təyin edir.

Saglamolun.Az

............




loading...

HƏKİMLƏR

Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

 


Яндекс.Метрика