Загрузка...

Şəkilə bax - diaqnoz qoy! Foto xərçəngi aşkar edir

Bəzən adi fotoşəkil ağır xəstəliyin diaqnozunu qoymağa kömək edə bilər.

Şəkildə insanın bir gözü qırmızı, digəri isə ağ çıxırsa, bu çox ciddi və təhlükəli simptomdur. Bu insanda buynuzlu qişanın xərçəngindən (retinoblastoma) xəbər verir. Şəkildə insanın gözləri adətən qırmızı rəngdə çıxır. Bu normaldır. Foto çəkiləndə işıq buynuzlu qişadan əks olunur və gözlər şəkildə qırmızı çıxır. Gözün torlu qişasında şiş inkişaf etdikdə şəkildə insanın gözündə ağ ləkə çıxır.

Torlu qişanın xərçəngi - retinoblastoma əksər hallarda 5 yaşına kimi olan uşaqlarda inkişaf edir. Böyüklərdə bu xəstəliyə çox nadir hallarda təsadüf edilir.

Əksər hallarda xərçəng bir gözdə inkişaf edir, daha nadir hallarda patoloji proses xəstənin hər iki gözünü zədələyir. Gecikmiş mərhələlərdə xərçəng bütün göz almasına, beyinə, limfa düyünlərə, digər orqan və sümüklərə yayılır.

Retinoblastomanın inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. İrsiyyət risk faktorlarından biri sayılır. Lakin bir çox hallarda retinoblastomanın inkişaf etmə səbəblərini təyin etmək mümkün olmur.

Heç bir uşaq bu xəstəlikdən sığortalanmayıb. Lakin hal hazırda vaxtında aşkar olunmuş retinoblastoma çox uğurla müalicə olunur və xəstə tam sağalır. Bu səbəbdən xəstəliyi vaxtında aşkar etmək çox vacibdir. Bəzən məhz foto bu işdə valideynlərə və həkimlərə kömək edir.

İlkin mərhələlərdə retinoblastoma simptomsuz inkişaf edir. Daha sonra göz bəbəyində qeyri-adi parlaqlıq əmələ gəlir, görmə pozulur (uşaq bunu hiss etməyə bilər), çəpgözlük inkişaf edir, göz almasında ağrı olur.

Diaqnozun dəqiqləşdirilməsi üçün KT istifadə olunur.

Daha sonra xəstəyə müalicə təyin olunur. Müalicənin əsas metodu cərrahi əməliyyatdır. Həmçinin şüa terapiya, lazer, krioterapiya və s. istifadə olunur.

Müalicə vaxtında başladıqda və düzgün aparıldıqda, xəstə uşaq tam sağalır və zədələnmiş göz də saxlanılır.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика