Загрузка...

Üst göz qapağının sallanması (ptoz)

Yunan dilində "ptoz" "enmə, düşmə" deməkdir.

Üst göz qapağının ptozu həm üşaqlarda, həm də böyüklərdə təsadüf edilir. Ptoz həm bir, həm də iki gözdə ola bilər.

Ptoz zamanı üst göz qapağı sanki sallanır, xəstə gözünü tam bağlaya bilmir, xəstə göz qızarır, quruyur, tez yorulur, tez-tez iltihablaşır. Xəstə gözdə çəpgözlük, ambliopiya ("tənbəl göz") inkişaf edir, xəstə gözün görməsi zəifləyir və hətta tam itir.

Ptoz anadangəlmə və qazanılmış olur.

Anadangəlmə ptoz üst göz qapağını qaldıran kiçik əzələnin natamam inkişafı, zəifliyi və ya bu əzələni idarə edən sinirin defekti ilə bağlı ola bilər. Bunun səbəbi genetik anomaliya, hamiləlik və ya doğuş ağırlaşmaları, doğuş travmaları ola bilər. Anadangəlmə ptoz adətən 1 gözdə olur.

Anadangəlmə ptoz özü-özündən keçmir, bu pozulma mütləq vaxtında müalicə olunmalıdır. Əks halda bu gələcəkdə çəpgözlüyə, ambliopiyaya ("tənbəl göz"), ptozu olan gözdə görmənin pisləşməsinə səbəb ola bilər. Anandangəlmə ptoz yalnız cərrahi üsullarla müalicə olunur. Əməliyyat adətən uşağın 3 yaşı tamam olandan sonra həyata keçirir.

Qazanılmış ptoz istənilən yaşda göz travması, cərrahi əməliyyat, orqanizmin qocalması, bəzi göz və nevroloji xəstəliklər nəticəsində (insult, yayılmış skleroz və bəzi digər nevroloji xəstəliklər) inkişaf edə bilər.

Bəzən böyüklərdə qəfildən əmələ gəlmiş ptoz beyin şişlərin əlaməti ola bilər. Ptoz qəfildən, səbəbsiz əmələ gəldikdə, vaxt itirmədən həkimə müraciət edin və MRT və ya KT keçin.

Nadir hallarda olsa da botoks inyeksiyaları kimi tanınan kosmetik prosedur üst göz qapağının enməsinə səbəb ola bilər.

Qazanılmış ptoz da əksər hallarda cərrahi üsullarla müalicə olunur. Dartılmış əzələyə bir neçə tikiş qoyulur ki, əzələ qısalır və üst qapaq sallanmır. Əməliyyat çox effektlidir.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика