Linza taxanların nəzərinə - Kor qala bilərsiniz!

Amerika alimləri yatmazdan əvvəl linzaları çıxartmağı tövsiyə edir. Əks halda linzalarda yatmaq vərdişi korluğa səbəb ola bilər.

Görmənin korreksiyası üçün istifadə olunan kontakt linzalar bütün dünyada çox populyardır. Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, yalnız ABŞ-da kontakt linzalardan 45 milyondan çox insan istifadə edir.

Kontakt linzalar çox rahatdır. Lakin belə linzalardan fasiləsiz istifadə gözə oksigenin daxil olmasına ciddi mane olur ki, bunun nəticəsində buynuz qışasının üzərində mikro deşiklər əmələ gəlməyə başlayır.

Mikrob və infeksiyalar bu deşiklərə asanlıqla düşə bilər. Bu isə öz növbəsində güclü iltihablara və hətta korluğa səbəb ola bilər.

Alimlər linzalardan yalnız vacib hallarda istifadə etməyi, yatmazdan əvvəl isə onları mütləq çıxartmağı tövsiyə edirlər. Bu gözlərə "nəfəs almağa" kömək edir və müxtəlif iltihablardan qoruyur.  

Mütəxəssislər linzalardan 8 saatdan artıq (gün ərzində) istifadə etməyi tövsiyə etmirlər.

Bütün dediklərimiz rəngli linzalara da aiddir.

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...
Nigar Kərimova

Nigar Kərimova

Oftalmologiya

Cərrah oftalmoloq Tibb üzrə fəlsəfə elmləri doktoru İş stajı - 13 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...

 


Яндекс.Метрика