Загрузка...

Eynək və linzaların dövrü BİTDİ

Kanadanın Ocumetics Technology Corporation kompaniyası Bionic Lens adlı yeni məhsulun kliniki sınaqlarını keçirir.

Alimlər sübut edir ki, gözün daxilinə yerləşdirilən bionk linza eynək və kontakt linzaları tam əvəz edəcək.

Medportal.ru saytı xəbər verir ki, sınaqlar uğurla nəticələnərsə artıq 2 ildən sonra bionik linza geniş şəkildə istifadə oluna biləcək.

Bionic Lens çox da mürəkkəb olmayan cərrahi əməliyyatın köməyi ilə göz büllurunu əvəz edəcək. Əməliyyatdan sonra insan problemsiz yaxşı görməni əldə edəcək. Alimlər qeyd edir ki, bionik linzanın imkanları göz büllurundan daha üstündür. Bundan əlavə bionik linza göz yorğunluğu kimi problemi həll edəcək.

Bionik linza insana super-bacarıqlar bəxş edəcək. Alimlər sübut edir ki, insan 30 m məsafədə hətta çox xırda obyektləri (məsələn, adi qol saatının siferblatı) aydın görə bilər. Digər tərəfdən yaxın məsafədə də insanın görməsi xeyli yaxşılaşacaq. Yaxın məsafədən, məsələn, öz əlinə baxan insan asanlıqla dəri hüceyrələrini görə bilər.

Yeni linzanın qiyməti 3200 dollar təşkil edir (1 linza üçün). Bu məbləğə əməliyyatın qiyməti daxil deyil.

Alimlərin sözlərinə görə, yeni linza insanları yaxınıgörə və uzağıgörmə və həmçinin katarakta kimi problemləri tam şəkildə həll edə bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
Яндекс.Метрика