Загрузка...

Şəkərli diabetdən qorunmanın yolları

Şəkərli diabet çox təhlükəli və hiyləgər xəstəlikdir. Uzun müddət ərzində diabet (söhbət 2-ci tip diabetdən gedir) özünü heç bir ciddi simptomla büruzə verməyə bilər.

Lakin bu müddət ərzində orqanizmdə çox ciddi patoloji dəyişikliklər baş verir. Qanda şəkərin daim yüksək səviyyədə olması damarlarda geriyədönməz pozulmalara səbəb olur ki, nəticədə xəstədə ürək və böyrək xəstəliklərinin, infarktın, insultun riski olduqca artır.

Endokrinoloq-həkimlərin fikirinə görə, bəzi sadə məsləhətlər insanları şəkərli diabet  xəstəliyindən və onun ağırlaşmalarından qoruya bilər.

1. Düzgün və sağlam qidalanın. Qidalanmanızın əsas hissəsini tərəvəz, meyvə, yarmalar (düyü, yulaf yarması, qarabaşaq və s.), süd məhsulları, yağı az olan ət, balıq təşkil etməlidir. Fast fud qidaları, çox yağlı, şirin qidaları, un məmulatları qidalanmanızda kəskin məhdudlaşdırın.

Daha tez-tez (gün ərzində 5-6 dəfə) və daha az-az qida qəbul edin. Bu həzm sisteminə (o cümlədən, mədəaltı vəzinə) olan yükləməni azaldır, həzm orqanların sağlamlığını qoruyur.

2. Artıq çəki yığmayın. Artıq çəki şəkərli diabetin əsas risk faktorlarından biridir. Özünüzdə artıq çəkinin olub-olmadığını təyin etmək istəyirsinizsə, bu sadə üsuldan istifadə edin. Belinizi ölçün. Kişilərdə 94 sm, qadınlarda 80 sm kimi olmalıdır. Əks halda bu artıq çəkidən xəbər verir.

3. Hərəkətli olun. Azhərəkətli həyat tərzi bir çox xəstəliklərin (o cümlədən, şəkərli diabetin) inkişafına təkan verir. İdmanla, bədən tərbiyəsi ilə məşğul olun, tez-tez havada gəzin və s.

4. Streslərdən uzaq olun. Tez-tez təkrarlanan stress də bir çox xəstəliklərin (o cümlədən, şəkərli diabetin) risk faktoru sayılır. Streslə mübarizə etmək üçün ən yaxşı vasitə fiziki aktivlikdir.

5. 40 yaşından sonra ildə 1 dəfədən az olmayaraq qanda şəkərin səviyyəsini yoxlayın.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика