Qalxanvari vəziniz sağlamdırmı? Özünüzü yoxlayın!

Boyunun ön hissəsində yerləşən bu kiçik vəz ən vacib orqanlardan biridir.

Qalvanvari vəzi demək olar bütün orqan və sistemlərinin fəaliyyətinə təsir edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada 200 mln-dan çox insan qalvanvari vəzi patologiyalarından əziyyət çəkir. Bu patologiyaların simptomları o dərəcədə müxtəlifdir ki, bəzən xəstəyə uzun müddət ərzində düzgün diaqnoz qoyulmur.  

Qlxanvari vəzi xəstəliklərinə qadınlar arasında 10 dəfə daha tez-tez rast gəlinir.

Azərbaycanda da qalxanvari vəzi xəstəlikləri çox yayılıb. Bəzi rayonlarda (əsasən dağ rayonlarımızda) belə xəstəliklərə xüsusilə tez-tez rast gəlinir.

Saglamolun.az sizə qalxanvari vəzinin patologiyalarının əsas simptomlarını təqdim edir.  

1. Yorğunluq və enerjinin tükənməsi

Əgər siz özünüzü tez-tez səbəbsiz yorğun hiss edirsinizsə, hətta səhər oyandıqdan sonra yorğunluq keçmirsə, qalxanvari vəzinizi yoxlayın.

2. Boyun nahiyəsində sıxılma, şişkinlik hissi. Boyun hissəsi dar olan paltarları geyindikdə "boğulma" hissinin yaranması.   

3. Bağırsaqların fəaliyyətində pozulma - qəbizlik və ya əksinə ishal. Qalxanvari vəzinin fəaliyyətində ləngimə (hipotireoz) yarandıqda həzm prosesləri də ləngiyir ki, bu da qəbizliyə səbəb olur.

Əksinə isə qalvanvari vəzinin fəaliyyəti sürətləndikdə (hipertireoz) bağırsaqların fəaliyyəti güclənir və nəticədə ishal yarana bilər.   

4. Menstrual dövrünün uzanması və ya əksinə qısalması qalxanvari vəzinin problemlərinə işarə edə bilər.

5. Əhvalın daim pis olması, melanxoliya

Qalxanvari vəzi hormonlarının ifrazının azalması "xoşbəxtlik hormonu"olan serotonin hormonunun ifrazını da azaldır ki, nəticədə insan özünü daim bədbəxt hiss edir.

6. Gəginlik, həyacan

Qalxanvari vəzinin fəaliyyəti gücləndikdə o, daha çox hormon ifraz edir. Nəticədə bütün orqanlar və sistemlər və o cümlədən sinir sistemi "güclənmiş" rejiminə keçir. Bunun nəticəsində insan daim həyacanlı, gərgin, əsəbi olur.   

7. İştahanın səbəbsiz azalması və ya artması.

8. Ürək fəaliyyətində pozulmalar

Ürək gah tez-tez döyünür, gah da sanki dayanır, ürək döyüntüsü boyun və boğaz nahiyəsində hiss olunur. Bu simptomlar qalxanvari vəzi hormonlarının artmasına işarə edə bilər.

9. Quru dəri, solğul saçlar.

10. Yaddaşın, diqqətin pozulması, unutqanlıq.

Saglamolun.Az




loading...

 

 

 


Яндекс.Метрика