Загрузка...

Quru və kövrək saçların qidalandırılması üçün maskalar...

Saytımızda yerləşdirdiyimiz "Quru və kövrək saçların səbəbi?" adlı məqaləmizə davam olaraq, bu kimi problemi olan insanlar üçün bir neçə effektiv maska resepti  təqdim edirik.

Bu maskalarla saçlarınız qidalanaraq, nəmlənib, sağlam görkəm alacaqlar. Beləliklə evdə, asan hazırlana biləcək bir neçə qidalandırıcı maska resepti  təqdim edirik:

Bal və zeytun yağı.

4 x/q bal və 6 ç/q zeytun yağını qarışdırıb, saçlara sürtün. Üzərinə polietilen paket bağlayın. Bu maskanı 30 dəqiqə saxlamaq lazımdır.

Bal və süd.

1/2 stəkan süd və 2 x/q balı qarışdırıb, saçlara sürtün. Bu maskanı 1 saat saxlamaq lazımdır.

Yumurta əsaslı qidalandırıcı maska.

1 yumurta, 2 x/q  gənəgərçək yağı,  1 ç/q sirkə və qliserin. Bu maskanı saçların bütün uzunluğuna  çəkmək lazımdır.

Yağ əsaslı maska.

Fosfor və kükürd saçları möhkəmləndiri. Mu mikroelementlər isə sarımsaq və soğanın tərkibində çoxdur. Sarımsaq və ya soğanın suyuna eyni nisbətdə bitki yağı və limon suyu əlavə olunur. Bu maskanı yarım saat saxlayıb, qoxudan azad olmaq üçün sonda saçları sirkəli su ilə yaxalamaq məsləhət görülür.

Yoqurt və yumurta əsaslı.

5 x/q təbii yoqurt  və 1 yumurtanı qatıb, saçlara sürtün. Bu maska 15-20 dəqiqə saxlayıb, yuyun.

Bu məlumatlardan bəlli olur  ki, saçlarınıza həftədə 2 dəfə cəmi 1 saat vaxt ayırmaqla, onları qidalandırıb,gözəl və sağlam görkəm vermək mümkündür.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика