Загрузка...

Psoriaz - xroniki dəri xəstəliyi - FOTO

Psoriaz qırmızı-çəhrayı səpgilər və dərinin qabıq verməsi ilə müşayiət olunan xroniki qeyri-infeksion xəstəlikdir.

Psoriaz zamanı dəri hüceyrələri sürətlə bölünməyə başlayır, hüceyrələr tam yetişmir və onların arasında olan əlaqələr itir. Bu isə dəridə bu xəstəliyə xas olan pulcuqların əmələ gəlməsinə səbəb olur. Psoriazın bir neçə növü var.

Psoriaz zamanı dərinin üzərində boz və ya ağ pulcuqlarla örtülmüş ləkələr əmələ gəlir. Dəriyə toxunduqda bu pulcuqlar asanlıqla qopur. Səpgilərin ölçüləri müxtəlifdir - əvvəl daha kiçik olar, sonra böyüyür, biri biri ilə birləşir. Səpgilər qaşınır, xəstə dərini tez-tez qaşıyır, nəticədə çatlar əmələ gəlir, qanaxma açılır. Qaşınma çox üzücü olur, xəstə əziyyət çəkir.

Əksər hallarda səpgilər dirsəklərdə, dizlərdə, baş nahiyəsində əmələ gəlir. Bəzən psoriaz digər yerlərdə də inkişaf edə bilər.

Dəridən əlavə psoriaz zamanı dırnaqlar, saçlar, oynaqlar və daxili orqanlar da zədələnir.

Psoriazın inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. Belə hesab olunur ki, immun sistemində olan bəzi dəyişikliklər psoriazın inkişafına səbəb ola bilər. İrsiyyət də xəstəliyin inkişafında böyük rol oynayır - əgər valideynlər bu xəstəlikdən əziyyət çəkirlərsə, uşaqlarda psoriazın inkişafı riski 50% artmış olur. Həmçinin xəstəliyin inkişafına güclü stress, mübadilə proseslərin pozulması və hormonal pozulmalar təkan verə bilər.

Psoriaz xəstədə həm fiziki, həm də ciddi psixoloji problemlərə səbəb olur. Xəstə həm qaşınmadan, ağrıdan, həm də ətrafda olan insanların münasibətindən əziyyət çəkir, yaxşı iş tapa bilmir və s. Bu səbəbdən belə xəstələrdə bəzən hətta sosiofobiya inkişaf edir, onlar cəmiyyətdən, insanlardan çəkinir, qorxur, depressiyaya düşürlər.

Psoriaz keçici xəstəlik deyil. Xəstəlik nə məişət, nə hava-damcı, nə cinsi yolu ilə bir insandan digərinə keçmir. Bunu xəstənin ətrafında olan insanlar bilməli və xəstədən çəkinməməlidir. Əksinə belə xəstəyə dəstək vermək lazımdır. Bu belə xəstələr üçün olduqca vacibdir.

Psoriaz zamanı güclü qaşınmadan əlavə, xəstə həmçinin oynaq ağrılarından da əziyyət çəkir.

Psoriazın müalicəsi ilə dermatoloqlar məşğul olur. Müalicə zamanı hormonlar, iltihabəleyhinə preparatlar, sink əsasında preparatlar, sitostatik preparatlar, vitaminlər, fizioterapiya (zəli ilə müalicə, krioterapiya, fototerapiya) istifadə olunur.

Psoriaz xroniki xəstəlikdir, tam müalicə olunmur. Xəstə daim həkimin nəzarətində qalmalı və lazım olduqda müalicə almalıdır.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика