Podaqranı müalicə etməyə yardım edən 7 məhsul

Podaqra çox yayılmış pozulmadır. Bu xəstəlik zamanı oynaqda (əksər hallarda ayağın baş barmağında) sidik turşusunun kristalları yığılır ki, bu da iltihaba və güclü, bəzən hətta dözülməz ağrılara səbəb olur.

Podaqra zamanı xüsusi müalicə təyin olunur. Lakin yalnız müalicənin köməyi ilə podaqraya qalib gəlmək çətindir. İlk növbədə qidalanmaya diqqət etmək lazımdır.

Saglamolun.az bildirir ki, bəzi qida məhsulları orqanizmdə sidik turşusunun toplanmasına səbəb olur. Bu ilk növbədə qırmızı ət, ət məhsulları və ət bulyonu, mayalı xəmir, dəniz məhsulları (krevet, midiya, istridiya və s.), yağlı balıq növləri. Bütün bu məhsullar purinlərlə zəngindir. Orqanizmdə purinlərin  parçalanması nəticəsində sidik turşusu əmələ gəlir. Bu səbəbdən podaqradan əziyyət çəkənlər sadaladığımız məhsulların istehlakını kəskin azaltmalıdır.

Bundan əlavə spirtli və qazlı içkilər də orqanizmdə sidik turşusunun səviyyəsinin artmasına səbəb olur.

Bəzi məhsullar var ki, onlar əksinə olaraq sidik turşusunun səviyyəsini aşağı salır. Mütəxəssislər podaqradan əziyyət çəkənlərə bu məhsulları daha tez-tez istehlak etməyi tövsiyə edirlər.

1. Ənginar

Ənginar orqanizmi müxtəlif ziyanlı maddələrdən və o cümlədən sidik turşusundan çox yaxşı təmizləyir, sidkqovucu təsir edir.  

2. Soğan

Ən faydalı tərəvəzlərdən biri olan soğan da orqanizmdən sidik turşusun xaric edilməsini tezləşdırır.

3. Balqabaq

Yaxşı sidikqovusu təsirə malik olan balqabaq sidik ifrazını artıraraq orqanizmi sidik turşusu, şlak, toksin və digər ziyanlı maddələrdən təmizləyir.    

4. Kərəviz

Kərəviz qanın PH-səviyyəsini normallaşdırır, sidik turşusunun orqanizmdən xaric edilməsini artırır.

5. Kök

Kök də orqanizmdə sidik turşusunun səviyyəsini azaldır.

6. İtburnu

İtburnu C vitamini ilə zəngindir. Bu vitamin orqanizmdə sidik turşusunun səviyyəsini azaltmağa yardım edir. Həm də itburnu ən yaxşı təbii sidikqovucudur.

7. Su

Bəli, adi su. Su orqanizmi təbii olaraq təmizləyir, bütün ziyanlı maddələrin orqanizmdən xaric edilməsini sürətləndirir.  

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...

 


Яндекс.Метрика