Загрузка...

Boyun sağlamlığa təsiri. Təəccüblü faktlar!

Çoxsaylı elmi araşdırmalar nəticəsində məlum olub ki, insanın boyu onun sağlamlığına təsir edir.

Belə ki, alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda ağıl zəifliyi) inkişafının riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur.

Alçaqboylu insanlarda (151-165 sm) ürək və damar xəstəliklərin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişafının riski orta və hündürboylu  insanlarla müqayisədə daha çoxdur.

Hündürboylu insanlarla müqayisədə alçaqboylu insanlarda xərçəng xəstəliklərinin  inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbi hündürboylu insanların orqanizmində hüceyrələrin daha çox olması və onların orqanlarının daha böyük olmasıdır. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olur.

Təbii ki, bu heç də o demək deyil, ki bütün hündürboylu insanlarda mütləq xərçəng inkişaf edəcək.

Həkimlərin müşahidələrinə əsasən, alçaqboylu insanlar hündürboylu insanlarla müqayisədə daha çox yaşayır.

Hündürboylu insanlarda şəkərli diabetin riski daha çoxdur.

Boyu 183 sm-dən artıq olan insanlarda ayaq damarlarında trombların əmələ gəlməsi riski daha çoxdur. Hündürboylu insanların ayaqlarında qan daha asta hərəkət edir ki, bu da durğunluğa və nəticədə trombların əmələ gəlməsinə səbəb ola bilər. Bu həm kişilərə, həm də qadınlara aiddir.

Boy tək insanın sağlamlığına deyil, emosional vəziyyətinə də təsir edir. Belə ki, hündürboylu insanlar özünü daha xoşbəxt hiss edir, özünə daha çox güvənir. Alçaqboylu insanlar isə depressiyalara daha tez-tez düşür.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /317

Яндекс.Метрика