Keçmişdə insanların yaşamaq üçün bir tikə çörəyə ehtiyacı var idi. Onların qidalanma ilə bağlı bütün anlayışları çörəyə əsaslanırdı. Lakin son vaxtlar insanlar çörəyə daha ehtiyatlı yanaşmağa başlayıblar. Səbəb qlütenə qarşı allergiyadır. Bəs nə oldu ki, çörəklə yaşayan insanlardan qlüten allergiyası olan insanlara çevrildi?
Əgər qlüten allergiyası haqqında məlumatınız yoxdursa...
Bunlardan birincisi, qlüten həssaslığının keçmişdə bilinməməsi ola bilər. Yəni qlütenə qarşı həssaslığı və allergiyası olan insanlar bundan xəbərsiz olaraq çörək və digər buna bənzər məhsullar yeyirdilər. Onlar həssaslıq və allergiya nəticəsində yaşadıqları simptomları digər xəstəliklər və ya amillərlə əlaqələndirirdilər. Hətta bəzən, səbəbi bilinməyən ölümlərin də bu əsasla baş verdiyi düşünülür.
Digər sağlamlıq problemləri olan insanlar simptomlarını qlüten həssaslığı ilə qarışdıra bilərlər. Məsələn, hipokondriak pozulmaları olan insanlar ciddi bir xəstəliyə tutulmaqdan həddindən artıq narahat olurlar.
Mütəxəssislər qeyd edirlər ki, həddindən artıq hər şey zərərli olduğu kimi, çoxlu qlüten istehlakı da allergiya və həssaslıqla nəticələnə bilər.
Bəzi insanlar heç bir səbəb olmadan qlütenə qarşı allergiya inkişaf etdirə bilər. Hətta ana bətnində qlüten allergiyası inkişaf edə bilər. Bunun səbəbi ya genetik ola bilər, ya da sonradan ətraf mühitin təsirilə yarana bilər. Yəni son zamanlar qlüten allergiyası adını daha çox eşitməyimizin arxasında şüurun dayandığını deyə bilərik.
medicalmedia.az
Saglamolun.Az