Öpüşmək adətən sevinc gətirir. Amma məlumdur ki, bu proses həm də sağlamlıq və yaşam üçün böyük üstünlüklərə malikdir.
Yenicag.az bildirir ki, “Journal of Neural Engineering” jurnalında dərc edilmiş məqalədə Kaliforniya Universitetinin alimləri bu məsələyə aydınlıq gətiriblər.
- Öpüşmək metabolizmi sürətləndirir
Düzdür, öpüşmək bu baxımdan 5 kilometrə qaçış qədər effektli deyil, lakin dəqiqəyə 2 kalori yandırır.
- İmmuniteti yaxşılaşdırır
Öpüşən zaman insanlar milyonlarla bakteriya mübadiləsi edirlər. Və müxtəlif bakteriyalarla mübadilə edərkən orqanizm onlarla mübarizəyə uyğunlaşır, immunitet güclənir.
- Xoşbəxtlik hormonlarının istehsalını artırır
Tədqiqatlara əsasən, öpüşən zaman dofamin, oksitosin və serotonin daxil olmaqla bir sıra faydalı maddə istehsal edilir. Onların funksiyası beyində həzz mərkəzlərini stimullaşdırmaq və insanın əhval-ruhiyyəsini yaxşılaşdırmaq, stresi və gərginliyi azaltmaqdır.
Saglamolun.Az