Загрузка...

Sahib olduğunuz burun forması kimliyinizi ələ verir - Foto

İlk eşidəndə qulağa inandırıcı gəlməsə də insanın burun şəkilinin xarakteri haqqında məlumat verməsiylə bağlı ciddi elmi araşdırmalar mövcuddur.

Son olaraq Ben-Gurion Universitetinin Professoru Abraham Tamir bu məsələ üzərində geniş tədqiqat işi aparıb və əldə etdiyi məlumtları "Journal of Craniofacial Surgery" adlı elmi jurnalda paylaşıb.

Moderator.az burun formalarının hansı mənaya gəlməsi ilə bağlı maraqlı yazı təqdim edir.

Bu məlumatı öz üzərinizdə yoxlamamışdan öncə təqdi edəcəyimiz şəkildə eyni olmasa da öz burnunuza ən yaxın olan burun tipini seçin.

Sonra isə aşağıdakı siyahıdan xüsusiyyətlərini dəqiqləşdirin:

1. Nubian burun

Düz burun sümüyü və yüngül maili burun ucuna malik bu burun tipi nubian burun adlanır. Nubian burun tipinə malik insanlar ehtiraslı və uğur əldə etməyə çox meyllidirlər. Açıq fikirlidirlər, insanları ətraflarında toplamaq məsələsində ustadırlar. Ümumiyyətlə, özünü sevdirən və bu sayədə insanları istiqamətləndirən insanlar bu burun tipinə malikdir. Liderlik mövzusunda yaxşı ola bilərlər.

2. Yunan burun

Adından məlum olduğu kimi bu burun tipi adını qədim yunan heykəllərinə oxşarlıqdan alıb. Bu burun tipi qədim dövrlərdən bəri güclü və avtoritar şəxsiyyət ilə eyniləşdirilib. Belə buruna sahib insanlar olduqca parlaq xarakterə malikdir və məntiqsizliklərdən xoşlanmırlar. Adətən özlərindən bəhs etməzlər, sehrlidirlər. Boş danışmazlar, danışdıqları zaman hər kəsə özlərini dinlədirlər. Danışdıqları şeylərlə bağlı həqiqi bilgiyə sahibdirlər. Bundan başqa, əsasən fiziki olaraq maraqlıdırlar.

3. Halqa burun

Bu burun tipinə malik insanlar ətraflarında sərt adamlar kimi tanınsa da, əslində olduqca mehriban, əyləncəli və fədakar insanlardır. Sevdikləri insanlara olduqca çox dəyər verirlər və sevdikləri insanlara zərər verən şəxslərə qarşı daha sərtləşə bilərlər. Ümumiyyətlə qorumaçı bir quruluşları var və sevdikləri insanları bədbəxt görməmək üçün öz xoşbəxtliklərini belə fəda edərlər. İş məsələsində isə onlara verilən vəzifələri ən yaxşı şəkildə yerinə yetirməyə cəhd edirlər.

4. Xaricə əyilmiş burun

Halqa burunla bu burun tipinin fərqli nöqtəsi burunun sümük hissəsində aşağı doğru qırığa bənzər bir maililik olmasıdır. Bu burun quruluşuna sahib olanlar əzmli və gördükləri işə dörd əllə sarılan insanlar olaraq tanınırlar. Bu əzm şən quruluşları ilə birləşəndə insanları ətraflarında toplamaqda heç bir çətinlik çəkməzlər. Lider quruluşda deyillər, ancaq insanları təşkil etmə qabiliyyətləri çox yüksəkdir. Bu üzdən idarəçilikdən çox təşkilatçı olaraq vəzifə tutduqları mövqelərdə daha səmərəlidirlər.

5. Kiçik burun

Bu burun tipi kiçik, ortada basıq və uca doğru yüngül qalxmış formadadır. Doğuşdan bu burun tipinə sahib olanlar başına buyruq olmalarıyla tanınırlar. Azadlıqlarına olduqca çox bağlıdırlar, ancaq romantikdirlər, kövrəkdirlər. Həm azadlıqlarına düşkün, həm də duyğusal olmaları onların ən böyük çatışmazlığıdır. Çünki azad olmağın gətirdiyi ağır məsuliyyətlər qarşısında kədərlənə bilərlər. Ümumi olaraq təmiz ürəkli insanlardır. Bundan başqa, psixoloji problemlər yaşamağa meyllidirlər.

6. Düz burun

Bu burun şəklinə malik insanların məntiqli olurlar. Hisslərinə hakim və hadisələrə sakit və məntiq çərçivəsində yanaşan xarakterlərinə görə ətraflarındakı insanlardan hörmət görürlər. Həll yönümlü insanlar olduqları üçün digər insanlar hər hansı bir problem yaşayanda bu tip insanlara müraciət edirlər. Özlərinə inamlıdırlar və davamlı olaraq özlərini inkişaf etdirirlər. Həmçinin, bu burun tipinə malik şəxslər xarici görünüşləri təsirli və cəlbedicidir.

7. Çuxurlu burun

Bu burun tipində burunun ortasında yüngül bir çuxur var. Özünəməxsus və fərqli xarakterə sahib insanlar bu burun tipinə malikdir. Başqalarının problemlərini duyurlar və eqoizmdən xoşlanmırlar. İnsanların həm sevgisini, həm hörmətini əldə edən insanlar həmişə bu qrupdadır. Hazırcavab quruluşları, filantrop şəxsiyyətləri və təbii olaraq gələn liderlik xüsusiyyətləri ilə birlikdə insanların örnək olaraq gördüyü bir çox kimsə bu burun növündədir.

8. Sümüklü burun

Adı qulağa xoş gəlməsə belə bu burun tipinə malik insanlar sevgi dolu olurlar. Ayrıca sümüklü burun tipinə malik insanlar gördükləri işə özlərini yüz faiz verirlər və heç vaxt sizi xəyal qırıqlığına məruz qoymurlar. Yaxşı dinləyicidirlər və sevdikləri insanlara sonsuz bir dəstək bildirirlər. Bu burun tipində biri ilə dost və ya qohum olsanız həqiqətən çox xoşbəxt olarsınız. Çünki arxanızda sizi heç vaxt yarı yolda buraxmayacaq möhkəm bir xarakter var deməkdir.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика