5 BÖYÜK KLİNİKA FƏALİYYƏTƏ BAŞLAYACAQ
İlon Maskın təsis etdiyi neyrotexnologiya şirkəti Neuralink, 2031-ci ilə qədər ildə 20 min nəfərə beyin-kompüter interfeysi (BCI) çipi implantasiya edərək 1 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır. Şirkətin hesablamalarına görə, hər implantasiya orta hesabla 50 min dollar dəyərində olacaq və bu rəqəmlər əsasında gələcəkdə böyük maliyyə dövriyyəsi gözlənilir.
Həmçinin, Neuralink yaxın 6 il ərzində beş böyük klinikanın fəaliyyətə başlamasını, həmçinin üç əsas məhsulun bazara çıxarılmasını nəzərdə tutur.
Telepathy – beyin siqnalları ilə kompüter və digər cihazlara nəzarəti mümkün edən sistem. Bu cihazın 2029-cu ildə ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənməsi planlaşdırılır.
Blindsight – görmə qabiliyyətini itirmiş şəxslərə vizual siqnalların bərpasını təmin etmək məqsədi daşıyır. 2030-cu ildə bazara çıxması gözlənilir.
Deep – Parkinson xəstəliyi və nevroloji titrəmələrin müalicəsi üçün hazırlanacaq.
Saglamolun.Az