Yuxunu yaxşılaşdıran idman növləri müəyyən edilib


ALİMLƏR AÇIQLAYIR
ABŞ-ın Con Hopkins Universitetinin tədqiqatçıları yuxu keyfiyyətini artırmağın yolunu müəyyən edib. Alimlər 1 300-dən çox yuxusuzluqdan əziyyət çəkən insanın iştirak etdiyi 22 elmi araşdırmanı təhlil ediblər. Məlum olub ki, yuxu pozuntularının aradan qaldırılmasında təkcə koqnitiv davranış terapiyası deyil, həm də müntəzəm fiziki aktivlik böyük rol oynayır. Araşdırmada yoqa, Tay-çi, Gəzinti, Yüngül qaçış kimi idman növləri xüsusilə faydalı hesab edilib.
Tədqiqat nəticələrinə görə, yoqa ən yüksək göstəricili faydanı göstərib. Axşam saatlarında cəmi 30 dəqiqəlik yoqa məşqləri insanlara 30 dəqiqə daha tez yuxuya getməyə və təxminən 2 saat daha uzun yatmağa kömək edib. Mütəxəssislərin fikrincə, bu effekt endorfinlərin ifrazının artması və bədənin temperaturunun yüksəlməsi sayəsində əldə olunur. Bu dəyişikliklər orqanizmdə daha asan rahatlaşma və yuxuya keçidi təmin edir.
Alimlər, yuxusuzluq problemi yaşayanlara axşam saatlarında sakitləşdirici fiziki məşqlərlə məşğul olmağı tövsiyə edir.

Saglamolun.Az