ARAŞDIRMA
Acı yeməklər iştahanı azaldır və çox yeməyin qarşısını alır.
Pensi¬l¬vaniya Ştat Universitetinin alimləri yeməklərin acılıq səviyyəsinin artırılmasının artıq yemək vərdişini azaltmaqda faydalı olduğunu bildirib. Tədqiqatda 130 nəfər iştirak edib, onlara acı və neytral yeməklər təqdim olunub. Təcrübə zamanı iştirakçılar videomüşahidə altında olub. Alimlər yalnız nə qədər yemək yeyildiyini deyil, həm də yemə sürətini, içilən suyun miqdarını və digər göstəriciləri qeydə alıb.
Nəticələr göstərib ki, acı yeməkləri yeyənlər daha az qidalanır və ümumi qəbul edilən qida və kalori miqdarı azalır, lakin doyma hissi və dad zövqü dəyişmir. Su içmə miqdarında isə heç bir fərq olmayıb. Alimlər bildirib ki, acı qidalar - yemək sürətini azaldaraq doyma mexanizmlərini aktivləşdirir. Həmçinin, çili bibərindəki kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir və iştahanı azalda bilər.
Saglamolun.Az