SÜNİ İNTELLEKT TİBBDƏ
Hazırlanmış yeni süni intellekt proqramı Parkinson xəstəliyinin diaqnozunu bir neçə saniyə içərisində təsbt edir.
Florida Universitetindən olan alim süni intellektə əsaslanan yeni texnologiya – VisionMD proqramını təqdim edib. Bu proqram Parkinson xəstəliyi də daxil olmaqla, müxtəlif motor pozuntularını video görüntülər vasitəsilə avtomatik təhlil etməyə imkan verir. Proqramın müəllifi, doktor Dieqo Quarin bildirir ki, VisionMD aləti xəstənin hərəkətlərindəki incə dəyişiklikləri izləyərək, obyektiv və dəqiq diaqnostika imkanı yaradır. Beləliklə, həkimlərin subyektiv müşahidələrinə ehtiyac azalır.
Qeyd edək ki, VisionMD artıq Almaniya, İspaniya və İtaliya klinikalarında tətbiq olunur. Tətbiq həmçinin elmi-tədqiqat və tibbi müəssisələrdə geniş istifadə olunmağa başlanıb. Alimlər gələcəkdə proqramın funksiyalarını daha da genişləndirərək nevroloji praktikada istifadə edilən əlavə motor testlərini də sistemə daxil etməyi planlaşdırır.
Saglamolun.Az