ALİMLƏR AÇIQLAYIR
Baş dərisində yaşayan mikroorqanizmlər — bakteriyalar, göbələklər və mayalar — saç sağlamlığında mühüm rol oynayır. Baş dərisinin mikrobiomu, Malassezia göbələyi, Cutibacterium acnes və Staphylococcus epidermidis kimi mikroorqanizmləri əhatə edir. Bu mikroorqanizmlər, baş dərisinin pH səviyyəsini tənzimləyir, sebum istehsalını idarə edir və zərərli patogenlərin artmasını maneə törədir. Balanslı bir mikrobiom, baş dərisini sağlam və saçları güclü saxlayır. Bu barədə Dr. Vijay Kumar Malesu Neüs Medicala verdiyi elmi məqalədə bəhs edib.
Əgər bu mikrobiom balansı pozularsa, kəpək, qaşınma və saç tökülməsi kimi problemlər yarana bilər. Mikrobiomun qorunması üçün mütəxəssislər hər gün saç yumağın ziyan olduğunu qeyd edirlər. Bundan əlavə həddindən artıq gec saç yumanın da kifayət qədər fəsadları sadalanır.
Həftədə iki dəfə yumaq, prebiotik və probiotiklərlə zəngin qidaları istehlak etmək, ən əsası isə stresdən uzaq durmaq saçalarınızı qoruyan, bəsləyən ən vacib şərtlərdir, deyə həkim bildirib.
Mütəxəssis düzgün saç baxımı məhsulları seçməyi, saçı həddindən artıq tez və ya nadir yumamağı, səviyyəsini tənzimləməyi məsləhət görür.
Saglamolun.Az