YENİ NƏSİL MRT CİHAZI YUXUNU QEYDƏ ALIR
Yuxuları videoda izləmək mümkün olacaq.
Yapon alimi yuxuları qeydə alan və təkrar edə bilən MRT aparatı hazırlayıb.
Kyoto Universitetinin nevroloqu Dr. Yukiyasu Kamitani və komandası beynin vizual təsvirlərini deşifrə və
fəaliyyətini təhlil etmək üçün MRT texnologiyasından istifadə edib və bu, onlara yuxuları “oxumağa” imkan verib.
“Yuxunu qeydə alan” maşın, funksional maqnit rezonans tomoqrafiyasından istifadə edir.
Bu texnologiya qan axınını ölçməklə, beyin fəaliyyətindəki dəyişiklikləri aşkar edir. Yatdığınız zaman beyninizdə,
MRT skaneri ilə yuxu təsvirlərin olduğu vizual korteksdən sinir fəaliyyəti nümunələrinin məlumatları toplanır.
Daha sonra, həmin məlumatlar süni intellekt modelinə ötürülür. Son olaraq isə, süni intellekt məlumatları deşifrə etdikdən sonra,
o, yuxunun görüntülərini yaradır. Nəticədə, yuxuda gördüyünüz səhnələrin pikselizə olunmuş, abstrakt versiyası yaranır.
Qeyd edək ki, həkim Kamitaninin yuxuları qeyd edən MRT aparatı hələ sınaqların başlanğıc mərhələsindədir.
Gələcəkdə, texnologiya inkişaf etdikcə, yuxuların tam vizual, emosional və eşitmə ilə təkrarlanması da mümkün olacaq, deyə alimlər bildirir.
Saglamolun.Az