Ən güclü təbii antibiotiklər

Antibiotiklərdən tez-tez istifadə nəticəsində mikrobların onlara qarşı davamlılığı formalaşıb ki, bu da tibdə ciddi problem kimi qiymətləndirilir.

Bu səbəbdən həkimlər antibiotiklərdən yalnız zəruri hallarda istifadə etməyə çağırır. Adi soyuqdəymə, qripp, virus infeksiyaları, öskürək zamanı antibiotiklərdən deyil, təbii vasitələrdən istifadə etmək lazımdır.

Saglamolun.az sizi güclü mikrob və virus əleyhinə təsirə malik olan təbii vasitələrlə tanış edir.

1. Sarımsaq

Təbii antibiotiklər arasında lider sayıla bilər.

Sarımsağın tərkibində olan güclü mikrobəleyhinə maddə allisin bir çox mikrobları öldürmək, onların çoxalmasını ləngitmək xüsusiyyətə malikdir.

Mütəxəssislər sarımsağı sinusitlər, boğaz iltihabı, qripp, bağırsaq infeksiyaları zamanı istifadə etməyi tövsiyə edirlər.

Həmçinin sarımsaq profilaktik vasitə kimi də istidə oluna bilər. Mütəxəssislər soyuq fəsillərdə hər gün 1-2 diş sarımsaq yeməyi tövsiyə edirlər.

İstehlak etdikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək lazımdır. Bu onun faydasını artırır.  

2. Soğan

Soğan da allisin və fitonsidlərlə zəngindir. Soğan ağciyər və həzm sistemində patogen mikrobları öldürür, nəfəs yollarını selikdən təmizləyir.

Soğandan çox faydalı sirop hazırlamaq olar. 1 soğanı xırda-xırda doğrayın, 1 ç.q. bal əlavə edin, isti yerdə saxlayın. Səhər şirəni süzün.

3. Quşüzümü

Quşüzümü sidik yolları infeksiyaları zamanı effektlidir.

4. Reyhan

Reyhan həzm sistemində, boğazda bakteriyaları öldürür.

Həmçinin reyhan bağırsaqlarda qurdları da öldürür.

5. Propolis

Arı məhsulu olan propoliz möcüzəli maddədir. Onun tərkibində 300 müxtəlif faydalı maddə var.

Propolis müxtəlif infeksiyalar, gingivit və periodontit zamanı effektlidir, həmçinin immun sistemini möhkəmləndirir.

Propolisi sürtgəcdən keçirin, üzərinə qaynar su tökün, 1 gün dəmləyin, süzün, qarqara şəklinkdə və daxilə istifadə edin.

6. Zəncəfil

Zəncəfil həzm sistemi infeksiyaları, qripp və soyuqdəymə zamanı çox faydalıdır.

Zəncəfil çayının resepti: 3 sm ölçüsündə sürtgəcdən keçirilmiş zəncəfil kökünün üzərinə 1 stəkan qaynar su tökün, 1 saat dəmləyin, süzün, bal və limon əlavə edin.

7. Sarıkök

Sarıkökün tərkibində olan "kurkumin" adlı maddə güclü iltihab, virus və mikrob əleyhinə təsirə malikdir.

Sarıkökü yeməklərə əlavə edin. Qara istiot sarıkökün effektliyini artırır.

8. Qıtığotu

Fitonsidlərlə zəngin olan qıtığotu kökü sinusitlər, soyuqdəymə və qripp zamanı çox faydalıdır və həmçinin immun sistemini gücləndirir.  

9. Evkalipt

Angina, bronxit, sinusitlər, zökəm zamanı ən effektli vasitədir, həmçinin karies və gingivit zamanı da kömək edir, immun sistemini möhkəmləndirir, ağrıları azaldır.

10. Biyan kökü

Ağız boşluğu və nəfəs yolları infeksiyaları, herpes, mədə xorası və qastritə səbəb olan Helicobacter pylori mikrobuna qarşı çox effektlidir.

Həmçinin biyan kökü güclü virus əleyhinə təsirə malikdir.    

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Şəhla Mustafayeva

Şəhla Mustafayeva

Pediatriya

Pediatr, allerqoloq İş stajı – 7 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика