Ürək koronar arteriyalar vasitəsilə qanla təchiz olunur. Ürəyin işemik xəstəliyi zamanı koronar arteriyalarda daralma əmələ gəlir.
Bu daralmanın səbəbi aterosklerozdur. Daralmış koronar damarlar ürəyi qanla normal təchiz edə bilmir ki, bu insanda ürək ağrılarına səbəb olur.
Koronar damarın sıxılması çox təhlükəlidir. Bu hal infarkta səbəb ola bilər. İnfarkt zamanı ürəyin müəyyən hissəsinin qanla təchiz olunması tam dayanır və bu sahə ölür. İnfarkt insanın həlak olmasına səbəb ola bilər.
Hal hazırda müasir cərrahi vasitələrin köməyi ilə ürəyin qanla normal təchizini bərpa etmək mümkündür. Ən ağır hallarda aorta-koronar şuntlama əməliyyatı tətbiq olunur. Əməliyyatın mənası ondan ibarətdir ki, xüsusi şuntun köməyi ilə ürəkdə qan üçün yeni "dolayı yol" açılır. Şuntun vəzifəsini xəstənin budundan (bəzən digər yerlərdən) götürülmüş damar yerinə yetirir. Nəticədə ürəyin qanla təchiz olunması bərpa olunur.
Videoda əməliyyatın gedişatı təqdim olunur.
Saglamolun.Az