Ofis işçilərin əksəriyyəti boyun nahiyəsində ağrılar və gərginlik kimi xoşagəlməz hisslərlə tanışdır.
Bu hisslər kompüterdə və ya sənədlərlə işləyən insanlarda əvvəllər iş günün sonunda əmələ gəlirdi və zaman keçdikcə belə ağrılar daimi xarakter alır. Boyun nahiyəsində ağrılardan əlavə xəstəni baş ağrıları, baş gicəllənməsi, qollarda ağrılar, qolların keyiməsi kimi simptomlar narahat etməyə başlayır. Bu boyun osteoxondrozun simptomlarıdır. Kompüterdə iş, "kağız işi" boyun osteoxondrozun inkişafının əsas səbəbləridir.
Boyun osteoxondrozu zamanı massaj çox yaxşı kömək edir - qan dövranı yaxşılaşdırır, ağrılardan azad edir, osteoxondrozun inkişafını ləngidir.
Videoda peşkar mütəxəssis boyun və yaxalıq nahiyəsi üçün olan əsas masaj hərəkətləri ilə bizi tanış edir. Masaj hərəkətləri yüngül olmalı və insanda ağrılara səbəb olmamalıdır.
Osteoxondrozun kəskinləşməsi zamanı massaj tətbiq edilmir.
Masaj osteoxondrozun profilaktikası üçün də istifadə oluna bilər.
Saglamolun.Az