Yaşıl çayın çox faydalı xüsusiyyətləri var.
Çay orqanizmdən müxtəlif ziyanlı maddələri xaric edir, orqanizmi cavanlaşdırır, hətta xərçəng hüceyrələri öldürü. Lakin yaşıl çaydan fayda almaq üçün onu düzgün dəmləmək lazımdır. Bu video Honkonq şəhərində yerləşən çay dükanların birində çəkilib. Bu yaşıl çayın düzgün dəmləməsi üsuludur.
Yaşıl çayın dəmləməsi üçün xüsusi qab-qacaqdan istifadə olunur. Suyun hərarəti 80 C-dən yuxarı olmamalıdır. Çay 30 saniyə ərzində dəmlənilir. Yaşıl çayı bir neçə dəfə (3-4 dəfə və daha artıq) dəmləmək olar. Hər dəfə dəmləmə müddətini bir qədər uzadmaq lazımdır.
Nuş olsun!
Saglamolun.Az