Загрузка...

Smartfonlar uşaqlarda ciddi göz probleminə səbəb olur - ARAŞDIRMA

Cənubi Koreya mütəxəssisləri aşkar ediblər ki, planşet və smartfonlardan sui-istifadə uşaq və yeniyetmələrdə ciddi göz probleminə səbəb ola bilər.

Alimlər çoxdan qeyd ediblər ki, çəpgözlük daha tez-tez avropalılarda inkişaf edir. Asiyalılar bu problemlə nadir hallarda rastlaşır. Lakin son vaxtlar Cənubi Koreya həkimləri uşaqlar arasında çəpgözlük hallarının  sürətlə artmasını müşahidə edirlər.

Komsomolskaya Pravda xəbər verir ki, mütəxəssislər 7-16 yaşlar arası çəpgözlüyü olan bir qrup pasiyenti müayinə etdikdən sonra aşkar ediblər ki, bu uşaqların əksəriyyəti gün ərzində fasiləsiz olaraq saatlarla smartfonlarda oyunlar oynayır.

Həkimlər bu uşaqlara qəcetlərdən istifadə etməyi qadağan ediblər. Bir müddətdən sonra 19 uşaqdan 9-da çəpgözlük keçib. Beləliklə, qəcetdən uzun müddət ərzində istifadə ilə çəpgözlük arasında olan əlaqə təsdiq olundu.

Həkimlər xəbərdarlıq edir ki, uşaq gün ərzində qəcetdən 30 dəqiqədən çox istifadə etməməlidir. Əks halda bu ciddi göz problemlərinə gətirib çıxarda bilər.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика