Damar tıxanıqlığının qarşısını almaq üçün 3 TƏBİİ ÇARƏ

Bildiyimiz kimi, yüksək xolesterin ürək-damar sistemi xəstəliklərinin başlıca səbəbidir. Bəzi xalq təbabəti vasitələri qanda xolesterinin səviyyəsini aşağı salmağa yardım edir. Sizə 3 belə resepti təqdim edirik.

1. Zəncəfil, yerkökü və almanın qarışığı

- 1 kiçik dilim zəncəfil kökü

- 4 yerkökü

- Yarım alma

Hazırlanması

Hazırlama prosesini asanlaşdırmaq üçün məmulatları soyun və dilimləyin.

Sonra, bir az su ilə hamısını mikserə əlavə edin və hamar bir konsistensiya əldə edənə qədər qarışdırın.

Bu qarışığı hər səhər için.

2. Təbii kələm, yerkökü və cəfəri suyu

- 3 kələm yarpağı

- 2 yerkökü

- 1 dəstə cəfəri

Hazırlanması

Məmulatları yuyun, soyun və doğrayın. Sonra, mikserə yerləşdirin və bir az su əlavə edib için.

3. Bal və sirkəli su

- 1 xörək qaşığı bal (25 g)

- 1 xörək qaşığı alma sirkəsi (10 ml)

- 1 l su

Hazırlanması

Bu qarışığı gün ərzində içə bilərsiniz. /Milli.Az

Saglamolun.Az