Xolesterini salan, damarları təmizləyən 5 TƏBİİ VASİTƏ. Hər mətbəxdə tapılacaq

Qanda xolesterinin normal səviyyədə (3,2-5,6 mmol/l ) olması insanın əsas sağlamlıq göstəricilərindən biridir. Yüksək xolesterin ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun başlıca səbəbidir.

Xolesterinə 30-40 yaşdan başlayaraq daim nəzarət etmək, onun norma daxilində saxlamaq lazımdır.

Bəzi çox sadə və ucuz təbii vasitələr var ki, onlar orqanizmdə xolesterini aşağı salır, norma daxilində saxlamağa kömək edir.

Saglamolun.az AJTCAM jurnalına istihadla bildirir ki, zəncəfil və rozmarin kimi ədviyyatlar xolesterini salmaq üçün ən yaxşı təbii vasitələrdir. Onlar güclü antioksidant və iltihabəleyhinə təsirlərə malikdir ki,  bu da ümumi xolesterin və triqliseridlərin səviyyəsini aşağı salmağa, “yaxşı” xolesterinin səviyyəsini artırmağa effektli şəkildə yardım edir.

Digər xolesterini salan təbii vasitələr arasında hil, kəklikotu və sarımsaq kimi hər mətbəxdə olan adi məhsullardır. Onlar da qanda xolesterinin səviyyəsini salır, damarların sağlamlığını qoruyur, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Bundan əlavə mütəxəssislər hər gün yaşıl çay içməyi tövsiyə edirlər. Gündə 3-5 fincan yaşıl çay içən insanda ürək tutması və insultun riski 26% azalır. Bizim ənənəvi qara çayımız da ürək və damarların sağlamlığına müsbət təsiri elmə sübüt olunub. Lakin yaşıl çay bu mənada daha faydalı sayılır.

Saglamolun.Az