Bu insanlarda HİPERTONİYAnın riski 2 dəfə çoxdur

Pensilvaniya (ABŞ) Dövlət Ürək-damar xəstəlikləri İnstitutunun alimləri siqaret çəkənlər və çəkməyənlər arasında qan təzyiqinin tənzimlənməsi aspektində fərqlərin olduğunu təsdiq edən kəşfə imza atıblar.

Belə ki, siqaret orqanizmin təzyiqi korrektə etməsi ilə bağlı təbii qabiliyyətinə mane olur. Çəkənlər və çəkməyənlər arasında böyük fərq hiss olunur.

Ens.az xəbər verir ki, xroniki siqaret çəkənlərdə arterial təzyiq qalxması halı təxminən iki dəfə yüksəkdir. Onlar həmçinin sakit vəziyyətdə yüksək tezlikli ürək sıxılmalarından da əziyyət çəkirlər.

İnstitutun direktoru Lourens Sinovey News Wise-a bildirib ki, "İnsan bədəni qan təzyiqinin normada olmasına daim nəzarət edən və onu dəstəkləyən bufer sisteminə malikdir. Əgər arterial təzyiq düşürsə, onu normal səviyyəyə qaytarmaq üçün Cazibəli əzəlı fəallığı adlandırılan (MSNA) reaksıya işə düşür.

Siqaret hipertoniyanın inkişafına yol açır, hətta genetik meyillilik olmadığı halda belə təzyiqi müstəqil nizama salmaqda orqanizmin qabiliyyətini təhlükə altına qoyur, qan təzyiqin qeyri-adi sıçrayışlarına səbəb olmaqla hipertoniyaya gətirib çıxarır. Bu ixtira həm də ona görə əhəmiyyətlidir ki, bir çox xroniki siqaret çəkənlər bu vərdişlərinə stresslə mübarizə mexanizmi kimi baxırlar. Ancaq siqaret orqanizmdə yüklənməni iki dəfə artırır, uzunmüddətli perspektivdə isə ağır fizioloji stress yaradır.

"Ümid edirik ki, siqaret çəkməyin hipertoniyanın inkişafına necə təkan verdiyi daha yaxşı başa düşüləcək", - Sinovey bildirib. - "Daha sonra xroniki siqaret çəkənlərdə bu xəstəliyin inkişafının qarşısını almaq üçün nələr edə biləcəyimizi aydınlaşıracağıq.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...