Yüksək xolesterola qarşı 5 qida

Yüksək xolesterol ürək-damar sistemi xəstəliklərinin əsas səbəblərindən biridir.

Son elmi araşdırmalar aşkar edib ki, yüksək xolesterol xərçəng şişlərinin böyüməsini 100 dəfə artırır. Bu səbəbdən orqanizmdə xolesterolun səviyyəsinə daim nəzarət etmək çox vacibdir. Bəzi məhsullar xolesterolu aşağı salmaq xüsusiyyətə malikdir. Bu məhsullar arasında:

Zeytun yağı: Milli.az xəbər verir ki, ən yaxşı doymamış yağ mənbəyi olan zeytun yağı xolesterol və iltihabı azaldır. Ürək sağlamlığı üçün doymuş və trans yağların yerinə təklif edilir. Hər cür salat və yeməklərdə istifadə edilə bilər.

Badam: Badam, ürək damar sağlamlığı üçün bol miqdarda doymamış yağlar ehtiva edir. Tərkibindəki yüksək nisbətdə yağ sayəsi ilə ürəyi qoruyur. Xolesterolu salır. Eyni zamanda bir E vitamini mənbəyi olan badam, xolesterola bağlı inkişaf edən damar tutulmalarına gətirib çıxaran val meydana gəlməsini gecikdirir.

Acı şokolad: Xolesterolun digər bir düşməni də acı şokoladdır. Şokoladdakı kakaonun tərkibində olan antioksidantlar doymamış yağ ehtiva edir. Bu da xolesterolun düzəlməsinə köməkçi olur.

Qoz: Qoz doymamış yağ və omeqa 3 yağ turşusu ehtiva edir. Hər gün nizamlı istehlak edildiyində xolesterolun səviyyəsini 15%-ə qədər salır və eyni zamanda damarlardakı qan dövranını nizamlayır və bədəndəki iltihablanmağı azaldır.

Portağal: Bir orta boylu portağal gündəlik C vitamini ehtiyacını tamamilə qarşılayır. C vitamini bədəndəki hüceyrələri qoruyur, damarlarda xolesterolun səbəb olduğu köhnəlməyi və val meydana gəlməsini əngəlləyir.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика