Ürəyin sağlamlığı və ziyanlı vərdişlər

Spirtli içkilər ürək əzələsini zədələyir. Bunun da nəticəsində ürək əzələsi zəiflədiyi üçün ürək çatmazlığı inkişaf edir.

Siqaret çəkilməsi ürək-damar sisteminə daha çox ziyan vurur. Hər dəfə siqaret çəkəndən sonra, damarların kəskin şəkildə qısamüddətli daralması baş verir.

Buna görə də sistematik olaraq siqaret çəkənlərdə damarlar demək olar ki, hər zaman daralmış olur ki, bu da qanı damarlarda dövr etmək üçün ürəyin daha çox işləməsini tələb edir. Daha gərgin rejimdə işləməyə məcbur olduğu üçün, ürək daha tez qocalaraq öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir.

Məhz bina görə aktiv şəkildə siqaret çəkənlərdə praktik olaraq bütün ürək-damar xəstəlikləri, siqaret çəkməyənlərə nisbətən xeyli dərəcədə çox yayılmışdır. Buna görə də sağlam ürəyə sahib olmaq istəyirsinizsə, siqaret çəkməyin və ya heç olmasa çəkdiyiniz siqaretlərin sayını mümkün qədər azaldın. Buna iradəniz çatmırsa, siqaretə qarşı nifrət yaradan preparatlardan istifadə edin.

Saglamolun.Az