Ağciyəriniz sağlamdırmı? – Reanimatoloqdan SADƏ TEST

Saglamolun.az bildirir ki, ağciyərdə pozulmanın olub-olmadığını aşkar etmək və nəfəsalmanın resursunu təyin etmək üçün çox sadə test mövcuddur.

Rusiyalı anestezioloq-reanimatoloq Aleksey Borodkin «Говорит Москва» radiostansiyanın efirində bildirib ki, əslində ağciyərdə ciddi pozulmaları aşkar etmək heç də çətin deyil və bunu hər kəs ev şəraitində də edə bilər.

Mümkün qədər dərin nəfəs alın və nəfəsinizi 10-15 saniyə ərzində saxlayın. Ağciyərdə ciddi problemlər varsa, normal nəfəsalma pozulubsa, insan dərindən nəfəs ala bilməyəcək, öskürək, başgicəllənməsi başlayacaq.

Əgər insanda heç bir xoşagəlməz simptom yoxdursa, rahat nəfəs alırsa, deməli hər şey qaydasındadır.

Saglamolun.Az