İngiltərədə unikal əməliyyat keçirilib

Xərçəngin müalicəsində istifadə olunan preparatlar bir çox hallarda sonsuzluğun inkişafına səbəb olur.

Bunu nəzərə alaraq həkimlər uşaqlıqda və ya cavan yaşlarında belə müalicə alan qadınların yumurtalıqlarını və ya yetişməmiş yumurta hüceyrələrini xaric edir, dondurur və gələcəkdə bu qadın uşaq dünyaya gətirmək istəyəndə istifadə edirlər. İlk belə əməliyyat ABŞ-da 1999-cu ildə keçirilib.

Xarici KİV-inin məlumatına əsasən, yaxınlarda İngiltərədə də belə unikal əməliyyatlar keçirilib. 11 il bundan əvvəl xərçəngə görə müalicə alan qadının yumurtalıqları xaric olunub və dondurulub. 11 il sonra 33 yaşlı qadına onun öz yumurtalıqları implantasiya olunub. Daha sonra qadın hamilə qalıb və sağlam uşaq dünyaya gətirib.

Saglamolun.Az